Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: "Bu hadisələr Ermənistanla sülh sazişinin imzalanmasına mane ola bilər"

© Photo : Denis BalibouseAzərbaycan və Ermənistan bayraqları
Azərbaycan və Ermənistan bayraqları - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
İlyas Hüseynov Brüssel görüşünün əhəmiyyətini qeyd edərək bildirib ki, XİN rəhbərlərinin telefon danışığı da bu prosesin önəmli məqamlarından biridir.
BAKI, 13 aprel — Sputnik. “Bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Aprelin 12-də həm də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan rəsmiləri ilə telefon danışığı aparıb.
XİN rəhbərlərinin telefon danışığı və son bəyanatların önəmi ilə bağlı politoloq İlyas Hüseynov fikirlərini bildirib.
O deyib ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan Azərbaycana qarşı irəli sürdüyü iddialarından əl çəkməli, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul etməlidir:
"Bunlar olduğu təqdirdə siyasi nizamlanma prosesi sürətlənə bilər".
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 13.04.2022
İlyas Hüseynov
Politoloq son zamanlar Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atəşkəsin pozulmasına diqqət çəkib. O qeyd edib ki, məhz o istiqamətdə atəşkəsin pozulması ümumi nizamlanma prosesinə və sülh sazişinin imzalanmasına mane ola bilər.
İlyas Hüseynov hesab edir ki, tərəflər arasında siyasi dialoqun qurulması və ziddiyyətli məqamlar ətrafında diskursun aparılması önəmlidir:
"Brüssel görüşündən sonra XİN rəhbərlərinin birbaşa telefon danışığı keçirməsi isə sülh gündəliyində duran məsələlərlə bağlıdır. Çünki Brüssel görüşündə əldə olunmuş razılıqların icrası ilə bağlı görüləcək işlər xarici işlər nazirliklərinə tapşırılmışdı. Ümumilikdə isə bu cür təmasların qurulması tərəflərin konstruktiv dialoqunun qurulması nöqteyi-nəzərindən önəmlidir".
Dünyada kataklizmlərin davam etdiyini vurğulayan politoloq bildirib ki, Cənubi Qafqazda siyasi dialoqun davam etdirilməsi zəruridir. Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərqərar olması və onun dayanıqlılığının artırılması hazırkı geosiyasi şəraitdə çox vacibdir:
"Düşünürəm ki, bu formatda dialoqların aparılması regionun təhlükəsizlik arxitekturasının qurulması, danışıqlar prosesində əməli-praktiki nəticələrin əldə olunmasına xidmət edir".
"Hazırkı geosiyasi reallıqlar şəraitində keçmişə baxmaq, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun mənasız vasitəçiliyinə ümid etmək yersizdir. Bunların inkişafına və gələcəyinə yaxşı heç nə vəd etmir. Ermənistan siyasi isteblişmentinin Minsk Qrupuna olan ümidləri isə artıq dəfn olunub. Azərbaycan ATƏT-in Minsk Qrupunu ölü platforma hesab edir. Gələcəyə baxmaq üçün yeni danışıqlar metodologiyası formalaşdırılmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ilham əliyev - Sputnik Azərbaycan, 1920, 13.04.2022
SİYASƏT
Prezident: Xankəndi sakinləri Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar
Xəbər lenti
0