Şənbə günü Pakistan parlamenti baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Bu qərarın lehinə 174 deputat səs verib.

Pakistanın keçmiş baş naziri İmran Xanın və onun rəhbərlik etdiyi "Təhrik-e-İnsaf" partiyasının on minlərlə tərəfdarı öz dəstəklərini bildirmək üçün küçələrə çıxıblar.

"ABŞ-ın dəstəklədiyi rejim dəyişikliyinə etiraz olaraq heyrətamiz dəstək və emosiya nümayiş etdirdikləri üçün bütün pakistanlılara təşəkkür edirəm", - deyə İmran Xan "Tvitter" hesabında qeyd edib.

Paytaxt İslamabad da daxil olmaqla, ölkənin bütün iri şəhərlərində kütləvi aksiyalar keçirilib.

"Tariximizdə heç vaxt xaricdən gətirilən və fırıldaqçıların rəhbərlik etdiyi hökuməti belə spontan şəkildə və bu qədər sayda rədd edən izdiham olmamışdı", - deyə Xan vurğulayıb.

Müxalifdə olan Pakistan Müsəlman Liqasının prezidenti Şehbaz Şərif və İmran Xanın rəhbərlik etdiyi "Tehrik-e-İnsaf" partiyası tərəfindən dəstəklənən keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi baş nazir vəzifəsinə iddia edirdilər.

Mərkəz-sağ mühafizəkar "Pakistan Müsəlman Liqası" partiyasının (Navaz fraksiyası) lideri Şehbaz Şərif Milli Assambleyada keçirilən səsvermə nəticəsində Pakistanın yeni baş naziri seçilib.

Şehbaz Şərif bazar ertəsi ölkənin 23-cü baş naziri olaraq and içib.

Bazar ertəsi axşam saatlarında Pakistan şəhərlərinin küçələri Pakistan Müsəlman Liqasının tərəfdarları ilə dolu idi.

Yaxın gələcəkdə təhlükəsizlik məsələləri üzrə parlament komitəsinin qapalı iclası keçiriləcək və orada ölkənin əvvəlki hökumət başçısına qarşı "xarici sui-qəsdin sübutu"na baxılacaq.

Pakistanın yeni seçilmiş baş naziri bildirib ki, əgər parlament komitəsi sələfi İmran Xana qarşı xarici sui-qəsdin sübutunu taparsa, istefa verəcək.

Hindistanın baş naziri Narendra Modi Şehbaz Şərifi baş nazir seçilməsi münasibətilə təbrik edərək, Hindistanın terrordan azad olan bölgədə sülh və sabitliyin olmasını arzuladığını qeyd edib.

Şərif hər bir beynəlxalq meydanda Hindistanla Kəşmir probleminin həlli məsələsini qaldıracağını bildirib.

Kəşmir ərazisi 1947-ci ildən, Britaniya Hindistanı müstəqillik əldə etdikdən sonra dini zəmində iki dövlətə bölündüyündən bəri Hindistan və Pakistan arasında mübahisə predmeti olaraq qalır.

Pakistanın yeni seçilmiş baş naziri Şahbaz Şərif hökumətin yeni xarici siyasətini elan edib.

Ancaq Şərifin Pakistanın baş naziri kimi səlahiyyətləri ölkədə yeni parlament seçkilərinin keçirilməsi planlaşdırıldığı üçün uzun sürməyə bilər.