https://sputnik.az/20220413/milli-tarix-muzeyinin-ekspozisiyasina-hansi-esyalar-daxil-ola-biler--441077306.html
Milli Tarix Muzeyinin ekspozisiyasına hansı əşyalar daxil ola bilər?
Milli Tarix Muzeyinin ekspozisiyasına hansı əşyalar daxil ola bilər?
Sputnik Azərbaycan
Pandemiya dönəmində də sosial şəbəkədən istifadə edərək, muzey əməkdaşları işlərini bu istiqamətdə davam etdiriblər. Milli Tarix Muzeyinin ekspozisiyasına... 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T20:55+0400
2022-04-13T20:55+0400
2022-04-13T20:55+0400
muzey
mədəniyyət
azərbaycan
sərgi
https://cdnn1.img.sputnik.az/img/42356/33/423563377_0:0:1000:563_1920x0_80_0_0_ad030884b7ff4133f3152ebea927f862.jpg
BAKI, 13 aprel — Sputnik. Milli Tarix Muzeyinin ekspozisiyasına XIX əsrin sonu XX əsrin əvvəlinə aid baş bəzəyi daxil olub. Eksponat muzeyin Xüsusi fondunda qorunur. Qeyd edək ki, baş bəzəyi Kərbəlayi Abbasqulu Əhmədzadəyə məxsus olub.A.Əhmədzadə vaxtilə Bakıda, keçmiş Sovetski küçəsində (indiki Nəriman Nərimanov prospekti) həm aptek sahibi, həm də provizor - yüksək ixtisaslı aptek işçisi kimi fəaliyyət göstərib.Bəs görəsən, il ərzində Milli Tarix Muzeyinin ekspozisiyasına nə qədər eksponat daxil olub? Muzeydən verilən məlumata görə, 2021-ci il ərzində Muzeyə cəmi 2343 saxlanma vahidi olan material hədiyyə olaraq təhvil verilib. Muzeydə Vətən Müharibəsi fondu yarandı və yalnız o fonda il ərzində 1987 ədəd Qarabaq müharibəsində şəhid olan əsgərlərimizə aid material qəbul olundu. Eksponatlar əhali, müxtəlif dövlət qurumları tərəfindən təqdim olunur.Muzeydən o da bildirildi ki, əşyaların tarixi, bədii, mədəni əhəmiyyəti nəzərə alınır. Məsələn, tanınmış şəxsiyyətə aid olan materiallarla yanaşı, ( muzeydə Natəvan, Üz.Hacıbəyov, Niyazi, elm və mədəniyyət xadimlərinə məxsus materiallar qorunur) adi vətəndaşların da qədimdən qalma əşyası qəbul olunur.Gözəl tərtibatlı, unikal görüntülü, Azərbaycan sənətkarlığını əks etdirən material muzeyin ekspozisiyasına daxil ola bilər. Bundan başqa, zərgərlərin, dulusçuların, şəbəkə ustalarının tarixi, bədii və mədəni əhəmiyyət kəsb edən nümunələri muzeyə qəbul olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20210908/Mingecevirin-Kicik-Qobustani-Lepelerin-yaratdigi-muzey-427860562.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42356/33/423563377_89:0:974:664_1920x0_80_0_0_47d9770bb2d8ec94e58ebecabb036cd8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muzey, azərbaycan, sərgi
Milli Tarix Muzeyinin ekspozisiyasına hansı əşyalar daxil ola bilər?
Pandemiya dönəmində də sosial şəbəkədən istifadə edərək, muzey əməkdaşları işlərini bu istiqamətdə davam etdiriblər. Milli Tarix Muzeyinin ekspozisiyasına daxil olan əşyaların tarixi, bədii, mədəni əhəmiyyəti nəzərə alınır.
BAKI, 13 aprel — Sputnik. Milli Tarix Muzeyinin ekspozisiyasına XIX əsrin sonu XX əsrin əvvəlinə aid baş bəzəyi daxil olub. Eksponat muzeyin Xüsusi fondunda qorunur. Qeyd edək ki, baş bəzəyi Kərbəlayi Abbasqulu Əhmədzadəyə məxsus olub.
A.Əhmədzadə vaxtilə Bakıda, keçmiş Sovetski küçəsində (indiki Nəriman Nərimanov prospekti) həm aptek sahibi, həm də provizor - yüksək ixtisaslı aptek işçisi kimi fəaliyyət göstərib.
Bəs görəsən, il ərzində Milli Tarix Muzeyinin ekspozisiyasına nə qədər eksponat daxil olub? Muzeydən verilən məlumata görə, 2021-ci il ərzində Muzeyə cəmi 2343 saxlanma vahidi olan material hədiyyə olaraq təhvil verilib. Muzeydə Vətən Müharibəsi fondu yarandı və yalnız o fonda il ərzində 1987 ədəd Qarabaq müharibəsində şəhid olan əsgərlərimizə aid material qəbul olundu. Eksponatlar əhali, müxtəlif dövlət qurumları tərəfindən təqdim olunur.
Muzeydən o da bildirildi ki, əşyaların tarixi, bədii, mədəni əhəmiyyəti nəzərə alınır. Məsələn, tanınmış şəxsiyyətə aid olan materiallarla yanaşı, ( muzeydə Natəvan, Üz.Hacıbəyov, Niyazi, elm və mədəniyyət xadimlərinə məxsus materiallar qorunur) adi vətəndaşların da qədimdən qalma əşyası qəbul olunur.
Gözəl tərtibatlı, unikal görüntülü, Azərbaycan sənətkarlığını əks etdirən material muzeyin ekspozisiyasına daxil ola bilər. Bundan başqa, zərgərlərin, dulusçuların, şəbəkə ustalarının tarixi, bədii və mədəni əhəmiyyət kəsb edən nümunələri muzeyə qəbul olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.