https://sputnik.az/20220413/cinde-asanliqla-qatlanan-yeni-smartfon-numayis-etdirilib-441048037.html
Çində asanlıqla qatlanan yeni smartfon nümayiş etdirilib
Çində asanlıqla qatlanan yeni smartfon nümayiş etdirilib
Sputnik Azərbaycan
"Vivo" şirkətinin "X Fold" smartfonunun satışa çıxarılacağı ilk bazar Çin olacaq. 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T06:19+0400
2022-04-13T06:19+0400
2022-04-13T06:19+0400
smartfon
dünya xəbərləri
çin
korpus
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441048010_0:0:3076:1731_1920x0_80_0_0_ac02d1cf8ae890463376a9ec2d9d589a.jpg
BAKI, 13 aprel — Sputnik. "Vivo" şirkəti ekran hissəsindən asanlıqla qatlanan "X Fold" smartfonu təqdim edib. "Vivo"dan ilk belə qurğu digər istehsalçıların analoqlarını xatırladır."AMOLED E5"in əsas ekranının ölçüsü 8,03 düym, təsvir ölçüsü isə 1800x2200 pikseldir. Korpusun xarici tərəfində diaqonalı 6,53 düym olan ekran yerləşir. Hər iki matrisa 120 Hersə qədər təsvirin yeniləmə tezliyini dəstəkləyir. Korpusun əsasında istehsalçının fikrincə, hər iki hissənin boşluq olmadan qatlanmasına imkan verən mürəkkəb şarnir mexanizmi var.Smartfon flaqman "Snapdragon 8 Gen 1" prosessorunu əldə edib. Kamera bloku dörd sensordan ibarətdir: bu optik sabitləşdirmə ilə 50 meqapiksellik sensor, 48, 12 və 8 meqapiksellik kameralardır (genişbucaqlı, həmçinin 2x və 5x optik zoomlu telefoto). 4600 mAh batareya kabellə və ya kabelsiz doldurula bilər. Birinci halda enerji təchizatı 66 Vt, ikinci halda isə 50 Vt təşkil edir."Vivo" şirkətinin "X Fold" smartfonu satışa çıxarılacağı ilk bazar Çin olacaq. Smartfon qara, mavi və boz rənglərdə 8999 yuan (və ya 1400 dollar) qiymətində təklif olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220225/xiaominin-kecmis-sobesi-ucuz-smartfon-numayis-etdirecek-439410881.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441048010_347:0:3076:2047_1920x0_80_0_0_3fda5355510fb651280abb6b3cf2ad71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
smartfon, çin, korpus
Çində asanlıqla qatlanan yeni smartfon nümayiş etdirilib
"Vivo" şirkətinin "X Fold" smartfonunun satışa çıxarılacağı ilk bazar Çin olacaq.
BAKI, 13 aprel — Sputnik. "Vivo" şirkəti ekran hissəsindən asanlıqla qatlanan "X Fold" smartfonu təqdim edib. "Vivo"dan ilk belə qurğu digər istehsalçıların analoqlarını xatırladır.
"AMOLED E5"in əsas ekranının ölçüsü 8,03 düym, təsvir ölçüsü isə 1800x2200 pikseldir. Korpusun xarici tərəfində diaqonalı 6,53 düym olan ekran yerləşir. Hər iki matrisa 120 Hersə qədər təsvirin yeniləmə tezliyini dəstəkləyir. Korpusun əsasında istehsalçının fikrincə, hər iki hissənin boşluq olmadan qatlanmasına imkan verən mürəkkəb şarnir mexanizmi var.
Smartfon flaqman "Snapdragon 8 Gen 1" prosessorunu əldə edib. Kamera bloku dörd sensordan ibarətdir: bu optik sabitləşdirmə ilə 50 meqapiksellik sensor, 48, 12 və 8 meqapiksellik kameralardır (genişbucaqlı, həmçinin 2x və 5x optik zoomlu telefoto). 4600 mAh batareya kabellə və ya kabelsiz doldurula bilər. Birinci halda enerji təchizatı 66 Vt, ikinci halda isə 50 Vt təşkil edir.
"Vivo" şirkətinin "X Fold" smartfonu satışa çıxarılacağı ilk bazar Çin olacaq. Smartfon qara, mavi və boz rənglərdə 8999 yuan (və ya 1400 dollar) qiymətində təklif olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.