https://sputnik.az/20220413/ceyhun-bayramov-azerbaycan-bmt-nin-esas-prinsiplerine-daim-sadiq-olub-441055271.html
Ceyhun Bayramov: Azərbaycan BMT-nin əsas prinsiplərinə daim sadiq olub
Ceyhun Bayramov: Azərbaycan BMT-nin əsas prinsiplərinə daim sadiq olub
Sputnik Azərbaycan
Xİn başçısı deyib ki, Azərbaycan BMT-nin sülhməramlı missiyalarında iştirak edib, pandemiya zamanı dəstəyini nümayiş etdirib. 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T11:05+0400
2022-04-13T11:05+0400
2022-04-13T11:10+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438989764_0:213:1000:776_1920x0_80_0_0_933f9dd6a131afecc83fdbb5b9092018.jpg
BAKI, 13 aprel — Sputnik. BMT-yə üzv qəbul olunduqdan sonra Azərbaycan daim təşkilatın əsas prinsiplərinə sadiq olub.Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib.Qeyd edək ki, aprelin 13-də ADA Universitetində BMT ilə Azərbaycan arasında tərəfdaşlığın 30-cu ildönümü ilə bağlı BMT Modeli konfransı keçirilir. Konfrans BMT-nin Azərbaycandakı nümayəndəliyi, Xarici İşlər Nazirliyi, ADA Universiteti və ADAMUN-un birgə təşkilatçılığı ilə reallaşdırılıb. Tədbirin açılış mərasimində 120-dən çox hökumət və BMT rəsmiləri, eləcə də akademik dairələr, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri iştirak ediblər.XİN rəhbəri Ceyhun Bayramov sözügedən konfransın BMT-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu deyib.Onun sözlərinə görə, Azərbaycan BMT-nin sülhməramlı missiyalarında iştirak edib, pandemiya zamanı dəstəyini nümayiş etdirib: "Azərbaycan həmçinin Qoşulmama Hərəkatına rəhbərlik edir. Koronavirusla paralel olaraq, dünya müxtəlif çağırış və problemlərlə də üzləşir. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində bütün təşəbbüsləri və fəaliyyəti çox vacibdir".C.Bayramov bu cür simulyasiya konfranslarının tələbələrə BMT-nin fəaliyyəti haqqında daha çox öyrənmək və gələcəkdə yaxşı diplomatlar olmaq imkanı verir.Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 1992-ci il 14 fevral tarixli müvafiq tövsiyəsinə və bu təşkilata üzv qəbul olunmaq barədə Azərbaycan Respublikasının ərizəsinə baxdıqdan sonra BMT Baş məclisi 1992-ci il martın 2-də özünün 46-cı sessiyasının 82-ci plenar iclasında Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması barədə qətnamə qəbul etdi. 111 dövlətin adından irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün üzvləri yekdilliklə səs verdilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438989764_0:201:1000:952_1920x0_80_0_0_48c88bd1bd495f5a0c95200dd8ce4b4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, bmt
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, bmt
Ceyhun Bayramov: Azərbaycan BMT-nin əsas prinsiplərinə daim sadiq olub
11:05 13.04.2022 (Yenilənib: 11:10 13.04.2022) Xİn başçısı deyib ki, Azərbaycan BMT-nin sülhməramlı missiyalarında iştirak edib, pandemiya zamanı dəstəyini nümayiş etdirib.
BAKI, 13 aprel — Sputnik. BMT-yə üzv qəbul olunduqdan sonra Azərbaycan daim təşkilatın əsas prinsiplərinə sadiq olub.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib.
Qeyd edək ki, aprelin 13-də ADA Universitetində BMT ilə Azərbaycan arasında tərəfdaşlığın 30-cu ildönümü ilə bağlı BMT Modeli konfransı keçirilir. Konfrans BMT-nin Azərbaycandakı nümayəndəliyi, Xarici İşlər Nazirliyi, ADA Universiteti və ADAMUN-un birgə təşkilatçılığı ilə reallaşdırılıb. Tədbirin açılış mərasimində 120-dən çox hökumət və BMT rəsmiləri, eləcə də akademik dairələr, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri iştirak ediblər.
XİN rəhbəri Ceyhun Bayramov sözügedən konfransın BMT-Azərbaycan münasibətlərinin 30 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycan BMT-nin sülhməramlı missiyalarında iştirak edib, pandemiya zamanı dəstəyini nümayiş etdirib: "Azərbaycan həmçinin Qoşulmama Hərəkatına rəhbərlik edir. Koronavirusla paralel olaraq, dünya müxtəlif çağırış və problemlərlə də üzləşir. Bu baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində bütün təşəbbüsləri və fəaliyyəti çox vacibdir".
C.Bayramov bu cür simulyasiya konfranslarının tələbələrə BMT-nin fəaliyyəti haqqında daha çox öyrənmək və gələcəkdə yaxşı diplomatlar olmaq imkanı verir.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 1992-ci il 14 fevral tarixli müvafiq tövsiyəsinə və bu təşkilata üzv qəbul olunmaq barədə Azərbaycan Respublikasının ərizəsinə baxdıqdan sonra BMT Baş məclisi 1992-ci il martın 2-də özünün 46-cı sessiyasının 82-ci plenar iclasında Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması barədə qətnamə qəbul etdi. 111 dövlətin adından irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün üzvləri yekdilliklə səs verdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.