CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana gətirilən yeməli həşəratlara görə rüsum tutulacaq

© AFP 2024 / JOHANNES EISELEhəşəratlar
həşəratlar  - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Nazirlər Kabinetinin həşəratlarla bağlı qərarı 30 gün sonra qüvvəyə minəcək. Həmin qida məhsullarına 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.
BAKI, 13 aprel — Sputnik. Azərbaycana idxal olunan yeməli həşəratlar üçün gömrük rüsumu müəyyənləşib.
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Həmin qida məhsullarına 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.
Həşəratlar dedikdə təzə, soyudulmuş, dondurulmuş, qurudulmuş, hisə verilmiş, duzlu və ya duzlu suya qoyulmuş, yeyilə bilən, canlı olmayan, bütöv və ya hissələrə bölünmüş şəkildə təqdim olunan həşəratlar, həmçinin həşəratlardan qida üçün yararlı olan narın və qaba üyüdülmüş un nəzərdə tutulur.
Lakin bu həşəratlar termini başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş, yeyilə bilən, canlı olmayan həşəratları əhatə etmir.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0