https://sputnik.az/20220413/azerbaycan-ran-serheddi-pozuldu-serhedciler-xeberdarliq-atesi-acdilar---foto-441057527.html
Azərbaycan-İran sərhəddi pozuldu, sərhədçilər xəbərdarlıq atəşi açdılar - FOTO
Azərbaycan-İran sərhəddi pozuldu, sərhədçilər xəbərdarlıq atəşi açdılar - FOTO
Sputnik Azərbaycan
Dövlət Sərhəd Xidmətinin əməkdaşları İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısını alıb. 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T11:19+0400
2022-04-13T11:19+0400
2022-04-13T11:26+0400
azərbaycan xəbərləri
iran
sərhəd
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513356_0:151:3076:1881_1920x0_80_0_0_acc1e1793595cfe07d7d3c74aa06b8cb.jpg
BAKI, 13 aprel — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.Aprel ayının 11-də saat 22:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.Sərhəd naryadının "Dayan" əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram "heroin", 8 kiloqram 480 qram "marixuana", 0.60 qram "metamfetamin") bənzər maddələr və psixotrop tərkibli 3189 ədəd "metadon-40" dərman preparatı aşkarlanaraq götürülüb.Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513356_347:0:3076:2047_1920x0_80_0_0_262b730b79e443e65b7806064bf8bd22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iran, sərhəd, dövlət sərhəd xidməti
iran, sərhəd, dövlət sərhəd xidməti
Azərbaycan-İran sərhəddi pozuldu, sərhədçilər xəbərdarlıq atəşi açdılar - FOTO
11:19 13.04.2022 (Yenilənib: 11:26 13.04.2022) Dövlət Sərhəd Xidmətinin əməkdaşları İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısını alıb.
BAKI, 13 aprel — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu barədə
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Aprel ayının 11-də saat 22:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadının "Dayan" əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.
Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram "heroin", 8 kiloqram 480 qram "marixuana", 0.60 qram "metamfetamin") bənzər maddələr və psixotrop tərkibli 3189 ədəd "metadon-40" dərman preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.