NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti kəskin bahalaşdı

© Sputnik / Максим Богодвид / Mediabanka keçid neft
 neft - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Ukrayna ətrafında baş verən hadisələr neftin qiymətini bahalaşdırır. Geosiyasi proseslərin neft qiymətlərinə təsiri hiss olunur.
BAKI, 13 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.
"Azeri Light" markalı neftin qiyməti 6,48 dollar artaraq 109,11 dollar olub.
London birjasında "Brent" markalı neftin qiyməti 0,64 dollar bahalaşaraq 105,28 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,50 dollar artaraq 101,10 dollar olub.
Ukrayna ətrafında baş verən hadisələr neftin qiymətini bahalaşdırır. Geosiyasi proseslərin neft qiymətlərinə təsiri hiss olunur.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
OPEC bu il neftə qlobal tələbatın azalacağını proqnozlaşdırır
Ukraynadakı hərbi əməliyyatlar və koronavirus pandemiyasının təsirlərinin davam etməsi bu il neftə qlobal tələbatı azaldacaq. Bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə dair hesabatında açıqlayıb. Kartelin proqnozuna görə, 2022-ci ildə dünya üzrə neftə gündəlik tələbat 400 min barel azalaraq 100,5 milyon barel olacaq.
Geosiyasi gedişatla yanaşı, koronavirusun "omikron" ştamının Çində yayılması bu ölkədə, eləcə də dünyanın bir sıra ölkələrində neftə tələbatı aşağı salacaq. OPEC eyni zamanda, Rusiyada xam neft istehsalına dair proqnozunu gündəlik yarım milyon azaldaraq il ərzində orta hesabla 11,2 milyon barel olacağını qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0