https://sputnik.az/20220413/aktyor-cingiz-ehmedovla-bagli-tehluke-sovusdu-onu-eve-buraxiblar---vdeo-441061142.html
Aktyor Çingiz Əhmədovla bağlı təhlükə sovuşdu, onu evə buraxıblar - VİDEO
Aktyor Çingiz Əhmədovla bağlı təhlükə sovuşdu, onu evə buraxıblar - VİDEO
Sputnik Azərbaycan
Əməkdar artist əməliyyat masasına yataraq qarının ön divarında olan yırtıqdan azad olub. Həkimlərin müdaxiləsi ilə yırtıq kisəsi tamamilə ləğv edilib. Bununla... 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T13:47+0400
2022-04-13T13:47+0400
2022-04-13T13:57+0400
çingiz əhmədov
cəmiyyət
aktyor
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441064512_0:0:802:452_1920x0_80_0_0_6c092f20ea3f65c9fc186c6fdaa8b903.jpg
BAKI, 13 aprel — Sputnik. Əməkdar artist Çingiz Əhmədov əməliyyat olunub. Bu barədə məlumat verən aktyor bildirib ki, hazırda özünü yaxşı hiss edir. O, bu gün xəstəxanadan evə buraxılıb.Çingiz Əhmədovun sözlərinə görə, bu problem onda uzun illərdir ki, davam edib. Narkozal bağlı fobiyası olan aktyor özəl klinikaların birində əməliyyat olunub: "1980-cu ildə ürək əməliyyatı keçirmişdim. Ondan sonra narkozla bağlı ehtiyat edirdim. Ona görə də uzun illər bu probemlə yaşadım. Sağ olsun Lalə Azərtaş ("Xəzər" telekanalının aparıcısı), mənə dəstək oldu və bu bəladan qurtuldum".Qeyd edək ki, Ç.Əhmədova qarınının ön divarındakı yırtıq mane olurmuş. O, bundan çox əziyyət çəkirmiş. Əməliyyatla aktyorun qarın divarındakı həmin yırtıq ləğv edilib. Həkimlərin sözlərinə görə, hazırda onun həyatına heç bir təhlükə yoxdur.Məlumat üçün bildirək ki, tanınmış komediya aktyoru Azərbaycan Dövlət Musiqili Teatrında uzun illərdir, bir-birindən maraqlı obrazlar yaradır. Hələ gənc ikən televiziyada "Səhər görüşləri", "Komediyalar aləminə səyahət", "Ordan-burdan", "Yumoristik novellalar", "Hekayə axşamı", "Kitab köşkü" verilişlərində çıxış edib. Bundan başqa, Azərbaycan televiziyasında, ANS TV və Space TV-də bir neçə verilişin aparıcısı olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441064512_0:0:802:602_1920x0_80_0_0_a2bdd7fe13b1b1f89df3e99678f9b503.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çingiz əhmədov, aktyor
Aktyor Çingiz Əhmədovla bağlı təhlükə sovuşdu, onu evə buraxıblar - VİDEO
13:47 13.04.2022 (Yenilənib: 13:57 13.04.2022) Əməkdar artist əməliyyat masasına yataraq qarının ön divarında olan yırtıqdan azad olub. Həkimlərin müdaxiləsi ilə yırtıq kisəsi tamamilə ləğv edilib. Bununla da Əməkdar artist uzun müddətdir çəkdiyi ağrılardan xilas olub.
BAKI, 13 aprel — Sputnik. Əməkdar artist Çingiz Əhmədov əməliyyat olunub. Bu barədə məlumat verən aktyor bildirib ki, hazırda özünü yaxşı hiss edir. O, bu gün xəstəxanadan evə buraxılıb.
Çingiz Əhmədovun sözlərinə görə, bu problem onda uzun illərdir ki, davam edib. Narkozal bağlı fobiyası olan aktyor özəl klinikaların birində əməliyyat olunub: "1980-cu ildə ürək əməliyyatı keçirmişdim. Ondan sonra narkozla bağlı ehtiyat edirdim. Ona görə də uzun illər bu probemlə yaşadım. Sağ olsun Lalə Azərtaş ("Xəzər" telekanalının aparıcısı), mənə dəstək oldu və bu bəladan qurtuldum".
Qeyd edək ki, Ç.Əhmədova qarınının ön divarındakı yırtıq mane olurmuş. O, bundan çox əziyyət çəkirmiş. Əməliyyatla aktyorun qarın divarındakı həmin yırtıq ləğv edilib. Həkimlərin sözlərinə görə, hazırda onun həyatına heç bir təhlükə yoxdur.
Məlumat üçün bildirək ki, tanınmış komediya aktyoru Azərbaycan Dövlət Musiqili Teatrında uzun illərdir, bir-birindən maraqlı obrazlar yaradır. Hələ gənc ikən televiziyada "Səhər görüşləri", "Komediyalar aləminə səyahət", "Ordan-burdan", "Yumoristik novellalar", "Hekayə axşamı", "Kitab köşkü" verilişlərində çıxış edib. Bundan başqa, Azərbaycan televiziyasında, ANS TV və Space TV-də bir neçə verilişin aparıcısı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.