Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Yararsız ət satanlara qarşı tədbirlər gücləndirilməlidir"

© Sputnik / Ilham Mustafayevət
ət  - Sputnik Azərbaycan, 1920, 12.04.2022
Abunə olmaq
Komitə sədri öz ciblərini insanların sağlamlığından üstün tutanlara qarşı ciddi tədbirlər görməyə çağırıb.
BAKI, 12 aprel — Sputnik. Azərbaycanda yararsız heyvan əti satanlara qarşı tədbirlər gücləndirilməlidir. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentdə "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, son illər bu istiqamətdə ciddi tədbirlər görülür. 1000-dən çox sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb, 10-dan çox insan cinayət məsuliyyətinə cəlb edilib.
T.Rzayev əlavə edib ki, öz ciblərini qida təhlükəsizliyi və insanların sağlamlığından üstün tutanlara qarşı ciddi tədbirlər görülməlidir.
Qeyd edək ki, "Qida təhlükəsizliyi haqqında" qanun insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.
Bu qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəyə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.
Yeni qanun layihəsi ikinci oxunuşda müzakirə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qəssab, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.04.2022
CƏMİYYƏT
Azərbaycana hansı ölkələrdən dondurulmuş ət idxal edilir?
Xəbər lenti
0