https://sputnik.az/20220412/ukraynada-mehv-edilen-herbi-texnikanin-sayi-aciqlandi-441025984.html
Ukraynada məhv edilən hərbi texnikanın sayı açıqlandı
Ukraynada məhv edilən hərbi texnikanın sayı açıqlandı
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, xüsusi əməliyyat başlayandan bu yana iki mindən çox xüsusi təyinatlı hərbi texnika məhv edilib. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T13:01+0400
2022-04-12T13:01+0400
2022-04-12T13:01+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
iqor konaşenkov
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629263_0:0:1920:1080_1920x0_80_0_0_0c9fcea8b3844c46b249970cd0377f77.jpg
BAKI, 12 aprel — Sputnik. Rusiya Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri Berdyansk və Melitopol yaxınlığında havada iki Ukrayna pilotsuz təyyarəsini vurub. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib."Rusiyanın hava hücumundan müdafiə sistemləri Berdyansk və Melitopol yaşayış məntəqələri ərazilərində havada iki pilotsuz uçuş aparatını vurub. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 130 təyyarə, 99 helikopter, 244 zenit-raket kompleksi, 443 pilotsuz uçuş aparatı, 2139 tank və digər döyüş zirehli texnikası, 241 reaktiv yaylım atəş sistemi, 917 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2046 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - deyə Konaşenkov bildirib.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220411/ukraynadan-azerbaycana-texliye-edilen-suruculerin-sayi-aciqlandi-440998472.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629263_212:0:1652:1080_1920x0_80_0_0_5eb33cd31bbf7e3fa4cfc59998670234.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iqor konaşenkov, rusiya müdafiə nazirliyi
iqor konaşenkov, rusiya müdafiə nazirliyi
Ukraynada məhv edilən hərbi texnikanın sayı açıqlandı
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, xüsusi əməliyyat başlayandan bu yana iki mindən çox xüsusi təyinatlı hərbi texnika məhv edilib.
BAKI, 12 aprel — Sputnik. Rusiya Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri Berdyansk və Melitopol yaxınlığında havada iki Ukrayna pilotsuz təyyarəsini vurub. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Berdyansk və Melitopol yaşayış məntəqələri ərazilərində havada iki pilotsuz uçuş aparatını vurub. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 130 təyyarə, 99 helikopter, 244 zenit-raket kompleksi, 443 pilotsuz uçuş aparatı, 2139 tank və digər döyüş zirehli texnikası, 241 reaktiv yaylım atəş sistemi, 917 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2046 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - deyə Konaşenkov bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.