https://sputnik.az/20220411/ukraynadan-azerbaycana-texliye-edilen-suruculerin-sayi-aciqlandi-440998472.html
Ukraynadan Azərbaycana təxliyə edilən sürücülərin sayı açıqlandı
Ukraynadan Azərbaycana təxliyə edilən sürücülərin sayı açıqlandı
Sputnik Azərbaycan
Xüsusi hərbi əməliyyat nəticəsində Ukraynanın ərazisində çətin vəziyyətə düşən sürücülər arasında azərbaycanlılar da var. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T16:38+0400
2022-04-11T16:38+0400
2022-04-11T16:38+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
sürücü
xarkov
xüsusi əməliyyat
hərbi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439783392_0:0:3071:1728_1920x0_80_0_0_16bc9593368663e8f0b79d4d6a90977f.jpg
BAKI, 11 aprel — Sputnik. Bu günə qədər Azərbaycana Ukrayna ərazisindən 36 yük nəqliyyat vasitəsi üzrə 39 sürücü təxliyə edilib.Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib.Məlumatda qeyd edilib ki, Ukrayna ərazisində həyata keçirilən xüsusi hərbi əməliyyat zamanı bu ölkənin ərazisində olan azərbaycanlı sürücülər çətin və təhlükəli vəziyyətdə qalmışdılar: "Hadisələrin ilk günündən Azərbaycan hökuməti tərəfindən həmin sürücülərin təxliyəsi ilə bağlı işlərə başlanıb. Təxliyə ilə bağlı təhlükəsiz marşrut müəyyən edildikdən sonra həmin sürücülər Ukrayna hüdudlarından çıxarılıb. TIR sürücüləri Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu üzrə ölkəyə gəliblər".Xatırladaq ki, bir müddət öncə bir neçə yaralı sürücü ölkəmizə təxliyə olunmuşdu. Azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi ki, Xarkovda təxliyə problemi yaşayırdı. Xüsusilə yaralı sürücülər Xarkovda köməksiz vəziyyətdə qaldıqlarından onların təxliyəsi uzun zaman aldı. Ən son yaralı sürücü Bayramov Yusif Asif oğlu Türkiyə vasitəsilə Azərbaycana yola salınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220319/xarkovda-yaralanan-daha-bir-azerbaycanli-surucu-vetene-getirilib-440313038.html
xarkov
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439783392_78:0:2807:2047_1920x0_80_0_0_fe8c710c183122fa4e7c129a0ecfcf18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, sürücü, xarkov, xüsusi əməliyyat, hərbi
ukrayna, sürücü, xarkov, xüsusi əməliyyat, hərbi
Ukraynadan Azərbaycana təxliyə edilən sürücülərin sayı açıqlandı
Xüsusi hərbi əməliyyat nəticəsində Ukraynanın ərazisində çətin vəziyyətə düşən sürücülər arasında azərbaycanlılar da var.
BAKI, 11 aprel — Sputnik. Bu günə qədər Azərbaycana Ukrayna ərazisindən 36 yük nəqliyyat vasitəsi üzrə 39 sürücü təxliyə edilib.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib.
Məlumatda qeyd edilib ki, Ukrayna ərazisində həyata keçirilən xüsusi hərbi əməliyyat zamanı bu ölkənin ərazisində olan azərbaycanlı sürücülər çətin və təhlükəli vəziyyətdə qalmışdılar: "Hadisələrin ilk günündən Azərbaycan hökuməti tərəfindən həmin sürücülərin təxliyəsi ilə bağlı işlərə başlanıb. Təxliyə ilə bağlı təhlükəsiz marşrut müəyyən edildikdən sonra həmin sürücülər Ukrayna hüdudlarından çıxarılıb. TIR sürücüləri Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu üzrə ölkəyə gəliblər".
Xatırladaq ki, bir müddət öncə bir neçə yaralı sürücü ölkəmizə təxliyə olunmuşdu. Azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi ki, Xarkovda təxliyə problemi yaşayırdı. Xüsusilə yaralı sürücülər Xarkovda köməksiz vəziyyətdə qaldıqlarından onların təxliyəsi uzun zaman aldı. Ən son yaralı sürücü Bayramov Yusif Asif oğlu Türkiyə vasitəsilə Azərbaycana yola salınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.