https://sputnik.az/20220412/sernisinleri-bas-gicellenmesinden-xilas-edecek-asma-korpu-441027087.html
Sərnişinləri baş gicəllənməsindən xilas edəcək asma körpü
Sərnişinləri baş gicəllənməsindən xilas edəcək asma körpü
Sputnik Azərbaycan
Azərbaycanda yenidən qurulan avtomobil yolu paytaxtdan gedənləri şimal-qərb zonasının turistik məkanlarına daha tez çatdıracaq. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T14:07+0400
2022-04-12T14:07+0400
2022-04-12T14:07+0400
video
azərbaycan
körpü
asma körpü
ismayıllı
qəbələ
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441027033_0:0:1920:1080_1920x0_80_0_0_5c0189e0c8e8febf8583c3b2eb0d60ae.jpg
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur. Bu yol üzərində inşa edilən asma körpü və yeraltı tunel uzunluğuna və hündürliyinə görə Azərbaycanda bir ilkdir.Sözügedən avtomobil yolu paytaxt Bakı ilə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını birləşdirən ən qısa yol olacaq.Layihə başa çatdıqdan sonra paytaxt Bakı istiqamətindən şimal-qərb rayonlarına doğru hərəkət edən sürücülər Ağsu çayı üzərindəki hündürlüyü 76, uzunluğu 1135 metrlik asma körpüyə daxil olacaqlar. Asma körpüdən çıxan avtomobillər 300 metrlik asfalt yolla hərəkət etdikdən sonra uzunluğu 865, hündürlüyü 9 metr olan dördzolaqlı yola daxil olacaqlar.Layihə rəhbəri Zahir Həsənovun sözlərinə görə asma körpü, yeraltı tunel və yeni inşa ediləcək yolun bu cür layihələndirilməsi bir neçə faktordan ibarətdir. Əsas faktorlardan biri odur ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlıdan keçən hissəsində Ağsu çayı vadisində dolaylar mövcuddur. Bu layihənin ərsəyə gəlməsi demək olar ki, həmin dolayları aradan qaldıracaq.Sirr deyil ki, bir çox sərnişinlər dolaylarda baş gicəllənməsindən şikayət edirlər. Yeni yol onlardan ötrü əsl hədiyyə olacaq. Artıq uzun-uzadı fırlanmadan, düz yolla mənzil başına çatacaqlar.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441027033_240:0:1680:1080_1920x0_80_0_0_67d9051f93ac30f75aea92ff783ef5e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, видео, körpü, asma körpü, ismayıllı, qəbələ
azərbaycan, видео, körpü, asma körpü, ismayıllı, qəbələ
Sərnişinləri baş gicəllənməsindən xilas edəcək asma körpü
Azərbaycanda yenidən qurulan avtomobil yolu paytaxtdan gedənləri şimal-qərb zonasının turistik məkanlarına daha tez çatdıracaq.
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur. Bu yol üzərində inşa edilən asma körpü və yeraltı tunel uzunluğuna və hündürliyinə görə Azərbaycanda bir ilkdir.
Sözügedən avtomobil yolu paytaxt Bakı ilə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını birləşdirən ən qısa yol olacaq.
Layihə başa çatdıqdan sonra paytaxt Bakı istiqamətindən şimal-qərb rayonlarına doğru hərəkət edən sürücülər Ağsu çayı üzərindəki hündürlüyü 76, uzunluğu 1135 metrlik asma körpüyə daxil olacaqlar. Asma körpüdən çıxan avtomobillər 300 metrlik asfalt yolla hərəkət etdikdən sonra uzunluğu 865, hündürlüyü 9 metr olan dördzolaqlı yola daxil olacaqlar.
Layihə rəhbəri Zahir Həsənovun sözlərinə görə asma körpü, yeraltı tunel və yeni inşa ediləcək yolun bu cür layihələndirilməsi bir neçə faktordan ibarətdir. Əsas faktorlardan biri odur ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlıdan keçən hissəsində Ağsu çayı vadisində dolaylar mövcuddur. Bu layihənin ərsəyə gəlməsi demək olar ki, həmin dolayları aradan qaldıracaq.
Sirr deyil ki, bir çox sərnişinlər dolaylarda baş gicəllənməsindən şikayət edirlər. Yeni yol onlardan ötrü əsl hədiyyə olacaq. Artıq uzun-uzadı fırlanmadan, düz yolla mənzil başına çatacaqlar.