https://sputnik.az/20220412/rusiyanin-bu-quvvelerle-toqqusmasi-qacilmaz-idi---putin-441028822.html
Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi - Putin
Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi - Putin
Sputnik Azərbaycan
Vladimir Putin bildirib ki, Ukraynada keçirilən hərbi əməliyyatda əsas məqsəd Donbasdakı insanlara kömək etməkdir 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T13:53+0400
2022-04-12T13:53+0400
2022-04-12T14:07+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya prezidenti vladimir putin
ukrayna
toqquşma
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439856957_0:0:2816:1585_1920x0_80_0_0_0962963b13158a831e1e4aef04258ec2.jpg
BAKI, 12 aprel — Sputnik. Ukraynada yetişən anti-Rusiya qüvvələri ilə toqquşma qaçılmaz idi, bu, sadəcə, vaxt məsələsi idi. TASS xəbər verir ki, bu fikri aprelin 12-də Rusiya Prezidenti Vladimir Putin "Vostoçnı" kosmodromunda yerli kosmik sənayenin əməkdaşları ilə söhbəti zamanı deyib."Ukrayna anti-Rusiya dayağına çevrilməyə başlayıb, orada uzun müddət mövcud olan millətçilik və neonasizmin tumurcuqları böyüməyə başlayıb", - dövlət başçısı bildirib. "Neonasizmin böyüməsi xüsusi olaraq artdı və Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi, onlar yalnız hücum üçün vaxt seçdilər", - deyə Putin vurğulayıb.Putin əmindir ki, Donbasın müdafiəsi üzrə əməliyyat məqsədlərinə nail olacaq. "Belə də olacaq. Şübhə yoxdur ki, Silahlı Qüvvələr qarşıya qoyulan məqsədlərə nail olacaq. Məqsədlər tamamilə başa düşüləndir, onlar nəcibdir", - Putin qeyd edib."Əsas məqsəd Donbasdakı insanlara kömək etməkdir. Biz qəbul edirik ki, bunu etmək lazım idi. Çünki Qərbin hərəkətə gətirdiyi Kiyev hakimiyyəti problemlərin sülh yolu ilə həllinə yönəlmiş Minsk razılaşmalarına əməl etməkdən imtina etmişdi", - prezident əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220412/putin-roskosmosa-ne-tapsiriq-verib-441026871.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/04/439856957_194:0:2558:1773_1920x0_80_0_0_167cfb313e2ee029dc839173609f75b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, ukrayna, toqquşma
rusiya prezidenti vladimir putin, ukrayna, toqquşma
Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi - Putin
13:53 12.04.2022 (Yenilənib: 14:07 12.04.2022) Vladimir Putin bildirib ki, Ukraynada keçirilən hərbi əməliyyatda əsas məqsəd Donbasdakı insanlara kömək etməkdir
BAKI, 12 aprel — Sputnik. Ukraynada yetişən anti-Rusiya qüvvələri ilə toqquşma qaçılmaz idi, bu, sadəcə, vaxt məsələsi idi. TASS xəbər verir ki, bu fikri aprelin 12-də Rusiya Prezidenti Vladimir Putin "Vostoçnı" kosmodromunda yerli kosmik sənayenin əməkdaşları ilə söhbəti zamanı deyib.
"Ukrayna anti-Rusiya dayağına çevrilməyə başlayıb, orada uzun müddət mövcud olan millətçilik və neonasizmin tumurcuqları böyüməyə başlayıb", - dövlət başçısı bildirib. "Neonasizmin böyüməsi xüsusi olaraq artdı və Rusiyanın bu qüvvələrlə toqquşması qaçılmaz idi, onlar yalnız hücum üçün vaxt seçdilər", - deyə Putin vurğulayıb.
Putin əmindir ki, Donbasın müdafiəsi üzrə əməliyyat məqsədlərinə nail olacaq. "Belə də olacaq. Şübhə yoxdur ki, Silahlı Qüvvələr qarşıya qoyulan məqsədlərə nail olacaq. Məqsədlər tamamilə başa düşüləndir, onlar nəcibdir", - Putin qeyd edib.
"Əsas məqsəd Donbasdakı insanlara kömək etməkdir. Biz qəbul edirik ki, bunu etmək lazım idi. Çünki Qərbin hərəkətə gətirdiyi Kiyev hakimiyyəti problemlərin sülh yolu ilə həllinə yönəlmiş Minsk razılaşmalarına əməl etməkdən imtina etmişdi", - prezident əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.