https://sputnik.az/20220412/roqozin-muherriklerle-bagli-subhelerinden-danisdi-441024639.html
Roqozin mühərriklərlə bağlı şübhələrindən danışdı
Roqozin mühərriklərlə bağlı şübhələrindən danışdı
Sputnik Azərbaycan
"Roskosmos"un baş direktoru Dmitri Roqozin bildirib ki, metan mühərriklərinin üstünlükləri olsa da, onun hələ araşdırılmamış riskləri də var. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T12:42+0400
2022-04-12T12:42+0400
2022-04-12T12:42+0400
dmitri roqozin
rusiya
"roskosmos"
mühərrik
metan
https://cdnn1.img.sputnik.az/img/40401/32/404013258_0:182:3500:2151_1920x0_80_0_0_6eeaf1a72e9384c213a42ca42d7f0a38.jpg
BAKI, 12 aprel — Sputnik. Kosmosun tədqiqində istifadəsi son illərin trendi olan metan mühərriklərinin üstünlüklərinə və təhlükəsizliyinə şübhə edirəm. Bu barədə "Roskosmos"un baş direktoru Dmitri Roqozin "RİA Novosti"yə müsahibəsində bildirib."Onlarla bağlı (metan mühərrikləri - red.) daim müzakirələr gedir. Metanın, əlbəttə ki, öz üstünlükləri var, lakin araşdırılmamış risklər də var. Əslində, hələ ki, dünyada toplanmış statistikası olan metan mühərrikləri yoxdur", - deyə Roqozin müsahibəsində deyib.O əlavə edib ki, hətta İlon Maskın “SpaceX Falcon 9” raketləri də tərkibində olan metan mühərriklərindən daha çox ənənəvi oksigen-kerosin mühərrikləri sayəsində təkrar istifadəyə imkan verir.Rusiyanın təkrar istifadə edilə bilən metan raketi Amur-SPG-nin dizaynına 2020-ci ildə başlanılıb. Bu, “Vostochnı” kosmodromundan ilk buraxılışı 2026-cı ildə planlaşdırılan iki mərhələli orta səviyyəli raket olmalıdır.Daşıyıcı oksigen və mayeləşdirilmiş təbii qazla (metan) işləyən RD-0169 mühərrikləri ilə təchiz edilmiş təkrar istifadə edilə bilən (10 dəfəyə qədər), geri qaytarıla bilən birinci səviyyəyə malik olmalıdır.Amur-SPG-nin “Soyuz-2” raketlərini əvəz edəcəyi planlaşdırılır. Roqozinin sözlərinə görə, yeni raket öz sələfinin buraxılışlarını məhdudlaşdırmağın vaxtı çatana qədər ortaya çıxmayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220327/rusiya-orbitdeki-peyklerinin-sayini-iki-defe-artiracaq-440497112.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40401/32/404013258_194:0:3306:2334_1920x0_80_0_0_3eeb69585851f872c2d02452c5bdb5ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri roqozin, "roskosmos", mühərrik, metan
dmitri roqozin, "roskosmos", mühərrik, metan
Roqozin mühərriklərlə bağlı şübhələrindən danışdı
"Roskosmos"un baş direktoru Dmitri Roqozin bildirib ki, metan mühərriklərinin üstünlükləri olsa da, onun hələ araşdırılmamış riskləri də var.
BAKI, 12 aprel — Sputnik. Kosmosun tədqiqində istifadəsi son illərin trendi olan metan mühərriklərinin üstünlüklərinə və təhlükəsizliyinə şübhə edirəm. Bu barədə "Roskosmos"un baş direktoru Dmitri Roqozin "RİA Novosti"yə müsahibəsində bildirib.
"Onlarla bağlı (metan mühərrikləri - red.) daim müzakirələr gedir. Metanın, əlbəttə ki, öz üstünlükləri var, lakin araşdırılmamış risklər də var. Əslində, hələ ki, dünyada toplanmış statistikası olan metan mühərrikləri yoxdur", - deyə Roqozin müsahibəsində deyib.
O əlavə edib ki, hətta İlon Maskın “SpaceX Falcon 9” raketləri də tərkibində olan metan mühərriklərindən daha çox ənənəvi oksigen-kerosin mühərrikləri sayəsində təkrar istifadəyə imkan verir.
Rusiyanın təkrar istifadə edilə bilən metan raketi Amur-SPG-nin dizaynına 2020-ci ildə başlanılıb. Bu, “Vostochnı” kosmodromundan ilk buraxılışı 2026-cı ildə planlaşdırılan iki mərhələli orta səviyyəli raket olmalıdır.
Daşıyıcı oksigen və mayeləşdirilmiş təbii qazla (metan) işləyən RD-0169 mühərrikləri ilə təchiz edilmiş təkrar istifadə edilə bilən (10 dəfəyə qədər), geri qaytarıla bilən birinci səviyyəyə malik olmalıdır.
Amur-SPG-nin “Soyuz-2” raketlərini əvəz edəcəyi planlaşdırılır. Roqozinin sözlərinə görə, yeni raket öz sələfinin buraxılışlarını məhdudlaşdırmağın vaxtı çatana qədər ortaya çıxmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.