Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya orbitdəki peyklərinin sayını iki dəfə artıracaq

© Photo : Roskosmos/Fedor YurchikhinOrbital stansiya
Orbital stansiya - Sputnik Azərbaycan, 1920, 27.03.2022
Abunə olmaq
Direktor bildirib ki, ABŞ Beynəlxalq Kosmik Stansiya proqramı üzrə Rusiya ilə əməkdaşlığı davam etdirmək istəyir
BAKI, 27 mart - Sputnik. Rusiyanın "Roskosmos" agentliyinin qarşısına bu ölkənin orbitdəki Rusiya peyklərinin sayını iki dəfə artırmaq vəzifəsini qoyulub. RİA Npovosti xəbər verir ki, bunu "Roskosmos"un baş direktoru Dmitri Roqozin jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu, digər şeylərlə yanaşı, sənaye müəssisələrini yükləməyə imkan verəcək.
“Biz indi görürük ki, əslində bizim qarşımızda duran əsas vəzifə orbital qrupun ikiqat artırılması vəzifəsidir”, - deyə o, Yuri Qaqarinin vəfatının 54-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, orbitə çoxlu sayda qurğunun buraxılması üçün daha çox raket lazım olacaq ki, bu da mühərrikləri, idarəetmə sistemlərini və raket-kosmik texnologiyanın digər komponentlərini hazırlayan müəssisələri yükləməyə imkan verəcək.
© AZƏRTACDmitri Roqozin
Dmitri Roqozin - Sputnik Azərbaycan, 1920, 27.03.2022
Dmitri Roqozin
Roqozin onu da bildirib ki, avropalılar ExoMars-2022 proqramında iştirakdan imtina etdikdən sonra Rusiya Çin və ya Fars körfəzi ölkələrindən olan tərəfdaşlarla işləyə bilər:
“Özləri, yaxud da müzakirə olunan başqa tərəfdaşla <...> istisna etmirəm ki, avropalıların əvəzinə bizim fərqli tərəfdaşımız olacaq. Bu, Fars körfəzi ölkələri və ya Çin ola bilər".
Daha sonra direktor bildirib ki, ABŞ Beynəlxalq Kosmik Stansiya proqramı üzrə Rusiya ilə əməkdaşlığı davam etdirmək istəyir, lakin "Roskosmos" amerikalıların düşmənçilik hərəkətlərinə göz yuma bilməz:
"Amerika tərəfi nümayişkaranə şəkildə BKS-də əməkdaşlığı davam etdirmək istəyini vurğulayır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SpaceX - Sputnik Azərbaycan, 1920, 19.03.2022
ELM
"SpaceX" daha 53 Starlink peykini orbitə buraxıb
Xəbər lenti
0