https://sputnik.az/20220412/prezident-musavirede-neden-danisdi-vdeo-441048446.html
Prezident müşavirədə nədən danışıb? VİDEO
Prezident müşavirədə nədən danışıb? VİDEO
Sputnik Azərbaycan
İlham Əliyev deyib ki, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcək, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T21:55+0400
2022-04-12T21:55+0400
2022-04-12T22:40+0400
siyasət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441047510_0:159:3076:1889_1920x0_80_0_0_cd54f860f931b611ae9f59ab8c9f6f93.jpg
BAKI, 12 aprel - Sputnik. Azərbaycanın xarici ticarət dövriyyəsi artıb və xarici dövlət borcumuz azalıb.Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.Dövlət başçısının sözlərinə gröə, əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir:“Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik”.Prezident qeyd edib ki, xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo - cəmi üç ayda 5 milyard dollardan çoxdur.Dövlət başçısı bunun çox böyük rəqəm olduğunu deyib: “Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir - bizim ixracımız idxalı üstələyir".Prezident müşavirədə Qarabağ və Zəngəzurda görüləcək işlərdən də danışıb. “Biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq”, - o, deyib. “Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar”, - Prezident İlham Əliyev vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441047510_173:0:2904:2048_1920x0_80_0_0_be3deb1cab77f4e5dfb92ebe11251a06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev
Prezident müşavirədə nədən danışıb? VİDEO
21:55 12.04.2022 (Yenilənib: 22:40 12.04.2022) İlham Əliyev deyib ki, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcək, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq.
BAKI, 12 aprel - Sputnik. Azərbaycanın xarici ticarət dövriyyəsi artıb və xarici dövlət borcumuz azalıb.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısının sözlərinə gröə, əgər keçən ilin aprel ayı ilə müqayisə etsək, görərik ki, keçən ilin aprelində xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir:
“Yəni, biz bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik”.
Prezident qeyd edib ki, xarici ticarətin balansı da çox müsbətdir, müsbət saldo - cəmi üç ayda 5 milyard dollardan çoxdur.
Dövlət başçısı bunun çox böyük rəqəm olduğunu deyib: “Mütəxəssislər onu da bilirlər ki, dünyanın əksər ölkələrində saldo mənfidir. Ölkələr daha çox idxal edir, nəinki ixrac edir. Azərbaycanda isə təkcə üç ayda 5,1 milyard dollar gəlir - bizim ixracımız idxalı üstələyir".
Prezident müşavirədə Qarabağ və Zəngəzurda görüləcək işlərdən də danışıb.
“Biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq”, - o, deyib.
“Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar”, - Prezident İlham Əliyev vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.