https://sputnik.az/20220412/nez-in-temiri-ucun-2000-den-cox-isci-celb-edilecek-441029513.html
NEZ-in təmiri üçün 2000-dən çox işçi cəlb ediləcək
NEZ-in təmiri üçün 2000-dən çox işçi cəlb ediləcək
Sputnik Azərbaycan
Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumatda bildirilib ki, layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T15:53+0400
2022-04-12T15:53+0400
2022-04-12T15:53+0400
iqtisadiyyat
neft
zavod
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436780111_0:103:2000:1228_1920x0_80_0_0_362b18fbb6a707163cc344550ea38960.jpg
BAKI, 12 aprel — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan təmir işləri üçün şirkətdən və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək. Bu barədə SOCAR-dan məlumat verilib.Xatırladaq ki, NEZ-in istehsal gücünün artırılması, ölkənin "AVRO-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, "Azərikimya" İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks tədbirlər planı hazırlanıb.Nəticədə aprelin 4-dən NEZ əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir.Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR lazımi tədbirlər görüb. NEZ-in strukturuna daxil olan keçmiş "Azərneftyağ" NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq.Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək. Bu ilin fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir.Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220408/azeriqaz-xankendinde-texniki-hec-bir-is-gormur-440929557.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1d/436780111_114:0:1887:1330_1920x0_80_0_0_8e53e4ce121033f5ce11e1011d171686.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
neft, zavod
NEZ-in təmiri üçün 2000-dən çox işçi cəlb ediləcək
Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumatda bildirilib ki, layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir.
BAKI, 12 aprel — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan təmir işləri üçün şirkətdən və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək. Bu barədə SOCAR-dan məlumat verilib.
Xatırladaq ki, NEZ-in istehsal gücünün artırılması, ölkənin "AVRO-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, "Azərikimya" İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.
Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks tədbirlər planı hazırlanıb.
Nəticədə aprelin 4-dən NEZ əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir.
Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR lazımi tədbirlər görüb. NEZ-in strukturuna daxil olan keçmiş "Azərneftyağ" NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq.
Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək. Bu ilin fevral ayından etibarən müvafiq yanacaq ehtiyatının formalaşdırılmasına başlanılıb və hazırda da davam etməkdədir.
Bununla əlaqədar, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkədaxili tələbat tam həcmdə təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.