https://sputnik.az/20220412/nazir-usaq-bagcalari-ile-bagli-emr-imzaladi-441026184.html
Nazir uşaq bağçaları ilə bağlı əmr imzaladı
Nazir uşaq bağçaları ilə bağlı əmr imzaladı
Sputnik Azərbaycan
Bundan sonra yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə olacaq. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T15:00+0400
2022-04-12T15:00+0400
2022-04-12T15:44+0400
emin əmrullayev
təhsil
əmr
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:3071:1728_1920x0_80_0_0_af81dafd9118bc8ee8661d0259865c02.jpg
BAKI, 12 aprel — Sputnik. Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nı təsdiqləyib. Bu barədə nazir müvafiq əmr imzalayıb.Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı" və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)" ləğv edilib.Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:2731:2048_1920x0_80_0_0_bf5cf6ddc4917ee32a27cf338915e10d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
emin əmrullayev, əmr
Nazir uşaq bağçaları ilə bağlı əmr imzaladı
15:00 12.04.2022 (Yenilənib: 15:44 12.04.2022) Bundan sonra yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə olacaq.
BAKI, 12 aprel — Sputnik. Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nı təsdiqləyib. Bu barədə nazir müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı" və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)" ləğv edilib.
Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.