https://sputnik.az/20220412/merkezi-bankin-dare-heyetine-yeni-uzv-teyin-olunub-441023942.html
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin olunub
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin olunub
Sputnik Azərbaycan
Taleh Kazımov indiyədək "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub. 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T12:15+0400
2022-04-12T12:15+0400
2022-04-12T12:15+0400
cəmiyyət
mərkəzi bank
idarə heyəti
üzv
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441022638_0:0:693:389_1920x0_80_0_0_a29e8452b8ac9cba1d4c6c54e77d836b.jpg
BAKI, 12 aprel — Sputnik. Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.Milli Məclisin bu gün keçirilən iclasında “Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Taleh Kazımov bank sahəsində uğurlu idarəedici kimi tanınır: “Bu təyinat komitə iclasında geniş müzakirə olunub. Dövlət başçısının bank sahəsi ilə bağlı geniş tapşırıqları var”.Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.Qeyd edək ki, Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib.Taleh Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib. O, komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220412/elman-rustemov-merkezi-bankin-dare-heyetinin-uzvluyunden-azad-edilib-441022713.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0c/441022638_65:0:602:403_1920x0_80_0_0_3093806417f12ac8c3173b1037e2b0d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi bank, idarə heyəti, üzv
mərkəzi bank, idarə heyəti, üzv
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin olunub
Taleh Kazımov indiyədək "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.
BAKI, 12 aprel — Sputnik. Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Milli Məclisin bu gün keçirilən iclasında “Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Taleh Kazımov bank sahəsində uğurlu idarəedici kimi tanınır: “Bu təyinat komitə iclasında geniş müzakirə olunub. Dövlət başçısının bank sahəsi ilə bağlı geniş tapşırıqları var”.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib.
Taleh Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.
Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib. O, komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.