https://sputnik.az/20220412/bagcalarda-kurikulum-legv-edilir---nazirlikden-aciqlama-441045858.html
Bağçalarda kurikulum ləğv edilir? - Nazirlikdən açıqlama
Bağçalarda kurikulum ləğv edilir? - Nazirlikdən açıqlama
Sputnik Azərbaycan
Nazirliyin şöbə müdiri uşaq bağçalarında kurikulumun ləğv edilmədiyini, qərarın sadəcə yenilənmə və müasir dövrün tələblərinə uyğunlaşdırılma anlamına... 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T20:53+0400
2022-04-12T20:53+0400
2022-04-12T20:53+0400
bağça
təhsil
təhsil
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437499728_501:89:3105:1554_1920x0_80_0_0_e23d414a7b8009acd05c0c7c9dd26305.jpg
BAKI, 12 aprel — Sputnik. “Təhsil naziri Emin Əmrullayev əmri ilə təsdiqlənən “Məktəbəqədər təhsil proqramı (kurikulum)” 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsidir”.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.O bildirib ki, hər dəfə yenilənən proqram əvvəlkinin qüvvədən düşməsi anlamına gəlir: “Bu ümumilikdə uşaq bağçalarında kurikulumun ləğv edilməsi demək deyil, sadəcə bunun yenilənməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması anlamına gəlir. Uşaq bağçalarında təhsil komponenti qayğı komponenti qədər vacibdir. Bəzən anlaşılmazlıq yaranır ki, 1 yaşlı körpələr tədrisə necə cəlb oluna bilər?! Qeyd edim ki, uşaq bağçalarında bütün öyrənmə fəaliyyətləri oyunlar vasitəsilə həyata keçirilir”.Vəfa Yaqublu əlavə edib ki, əvvəlki proqramdan fərqli olaraq yeniliklər də olub: “Misal olaraq, yeni proqramda inkişaf sahələri dəqiqləşdirilib, uşaqlara hər yaş üzrə veriləcək vacib bacarıqların standartları müəyyənləşdirilib. Təsdiqlənən yeni proqram universal olduğu üçün həm dövlət, həm bələdiyyə, həm də özəl təhsil müəssisələri üçün keçərlidir”.Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nı təsdiqləyib. Bu barədə nazir müvafiq əmr imzalayıb.Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı" və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)" ləğv edilib.Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437499728_374:0:3105:2048_1920x0_80_0_0_19d677ea6a6564aa640ab6cadc064bbd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bağça, təhsil, elm və təhsil nazirliyi
bağça, təhsil, elm və təhsil nazirliyi
Bağçalarda kurikulum ləğv edilir? - Nazirlikdən açıqlama
Nazirliyin şöbə müdiri uşaq bağçalarında kurikulumun ləğv edilmədiyini, qərarın sadəcə yenilənmə və müasir dövrün tələblərinə uyğunlaşdırılma anlamına gəldiyini söyləyib.
BAKI, 12 aprel — Sputnik. “Təhsil naziri Emin Əmrullayev əmri ilə təsdiqlənən “Məktəbəqədər təhsil proqramı (kurikulum)” 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsidir”.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, hər dəfə yenilənən proqram əvvəlkinin qüvvədən düşməsi anlamına gəlir: “Bu ümumilikdə uşaq bağçalarında kurikulumun ləğv edilməsi demək deyil, sadəcə bunun yenilənməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması anlamına gəlir. Uşaq bağçalarında təhsil komponenti qayğı komponenti qədər vacibdir. Bəzən anlaşılmazlıq yaranır ki, 1 yaşlı körpələr tədrisə necə cəlb oluna bilər?! Qeyd edim ki, uşaq bağçalarında bütün öyrənmə fəaliyyətləri oyunlar vasitəsilə həyata keçirilir”.
Vəfa Yaqublu əlavə edib ki, əvvəlki proqramdan fərqli olaraq yeniliklər də olub: “Misal olaraq, yeni proqramda inkişaf sahələri dəqiqləşdirilib, uşaqlara hər yaş üzrə veriləcək vacib bacarıqların standartları müəyyənləşdirilib. Təsdiqlənən yeni proqram universal olduğu üçün həm dövlət, həm bələdiyyə, həm də özəl təhsil müəssisələri üçün keçərlidir”.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nı təsdiqləyib. Bu barədə nazir müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı" və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)" ləğv edilib.
Təhsil İnstitutuna (Rüfət Əzizov) "Məktəbəqədər təhsil proqramı (kurikulum)"nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.