https://sputnik.az/20220412/azerbaycan-ve-turkiye-hava-mekani-barede-raziliga-geldi-441040275.html
Azərbaycan və Türkiyə hava məkanı barədə razılığa gəldi
Azərbaycan və Türkiyə hava məkanı barədə razılığa gəldi
Sputnik Azərbaycan
"Azərbaycan Hava Yolları" QSC-nin yaydığı məlumatda Azərbaycanla Türkiyənin hava məkanlarının qitələri birləşdirən genişmiqyaslı aviadaşımalar həlqəsində vacib... 12.04.2022, Sputnik Azərbaycan
2022-04-12T18:22+0400
2022-04-12T18:22+0400
2022-04-12T18:34+0400
türkiyə
cəmiyyət
azal
hava məkanı
azərbaycan
strateji
https://cdnn1.img.sputnik.az/img/42311/79/423117944_0:375:2000:1500_1920x0_80_0_0_dc4b0a4c07e02bd80eb21e3fec3f078b.jpg
BAKI, 12 aprel — Sputnik. Bu gün Ankarada "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib.Bu barədə AZAL məlumat yayıb.Məlumata görə, görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən strategiya ölkələrə aeronaviqasiya xidməti və hava məkanından səmərəli istifadədə beynəlxalq tələbləri birgə həyata keçirməyə imkan yaradacaq.Bu əməkdaşlıq iki ölkənin uçuşların təhlükəsizliyinin təmin edilməsi, aeronaviqasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və hava daşımalarının müntəzəmliyinin təmin edilməsi sahəsində bir-birinə qarşılıqlı köməyin bariz nümunəsidir.Türkiyə Azərbaycanın həmçinin mülki aviasiya sahəsində strateji tərəfdaşıdır. Azərbaycan və Türkiyənin hava məkanı Avropa və Asiyanı birləşdirən genişmiqyaslı aviadaşımalar zəncirində mühüm rol oynayır. Bu hava dəhlizi həmçinin "Bir kəmər bir yol" qlobal nəqliyyat layihəsinin davamıdır.2018-ci ildə AZANS, DHMI-nin aeronaviqasiya xidməti və ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə uzlaşdırılmış fəaliyyəti nəticəsində bu gün Naxçıvan MR və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı olub. Həmin marşrutla həmsərhəd dövlətlərin hava məkanından istifadə etmədən, iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılıb.Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq reyslərin həyata keçirilməsi və Naxçıvan MR ilə hava əlaqələrinin genişləndirilməsi işinə əhəmiyyətli töhfə olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42311/79/423117944_0:0:2000:1500_1920x0_80_0_0_13a45c80fc961d2efab792a0e2dd6b45.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, azal, hava məkanı, azərbaycan, strateji
türkiyə, azal, hava məkanı, azərbaycan, strateji
Azərbaycan və Türkiyə hava məkanı barədə razılığa gəldi
18:22 12.04.2022 (Yenilənib: 18:34 12.04.2022) "Azərbaycan Hava Yolları" QSC-nin yaydığı məlumatda Azərbaycanla Türkiyənin hava məkanlarının qitələri birləşdirən genişmiqyaslı aviadaşımalar həlqəsində vacib yer tutduğu qeyd olunub.
BAKI, 12 aprel — Sputnik. Bu gün Ankarada "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib.
Bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən strategiya ölkələrə aeronaviqasiya xidməti və hava məkanından səmərəli istifadədə beynəlxalq tələbləri birgə həyata keçirməyə imkan yaradacaq.
Bu əməkdaşlıq iki ölkənin uçuşların təhlükəsizliyinin təmin edilməsi, aeronaviqasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və hava daşımalarının müntəzəmliyinin təmin edilməsi sahəsində bir-birinə qarşılıqlı köməyin bariz nümunəsidir.
Türkiyə Azərbaycanın həmçinin mülki aviasiya sahəsində strateji tərəfdaşıdır. Azərbaycan və Türkiyənin hava məkanı Avropa və Asiyanı birləşdirən genişmiqyaslı aviadaşımalar zəncirində mühüm rol oynayır. Bu hava dəhlizi həmçinin "Bir kəmər bir yol" qlobal nəqliyyat layihəsinin davamıdır.
2018-ci ildə AZANS, DHMI-nin aeronaviqasiya xidməti və ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə uzlaşdırılmış fəaliyyəti nəticəsində bu gün Naxçıvan MR və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı olub. Həmin marşrutla həmsərhəd dövlətlərin hava məkanından istifadə etmədən, iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılıb.
Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq reyslərin həyata keçirilməsi və Naxçıvan MR ilə hava əlaqələrinin genişləndirilməsi işinə əhəmiyyətli töhfə olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.