CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Asma körpü və tunellər turizm cənnətinə xüsusi gözəllik verəcək

© Sputnik / Reshad RashidovMuğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi - Sputnik Azərbaycan, 1920, 12.04.2022
Abunə olmaq
Layihə müəllifləri hesab edirlər ki, yeraltı tunelin qazılması, asma körpünün salınması, yolun rahat və qısa olması ilə yanaşı, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun görüntüsü də diqqət cəlb edəcək.
BAKI, 12 aprel — Sputnik. Azərbaycanda uzunluğu 1135 metr olan asma körpü 865 metr uzunluğunda dördzolaqlı, doqquz metr hündürlüyündə yeraltı tunel çəkilir.
Bir neçə ildir baxımsız vəziyyətdə olan Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur. Bu yol üzərində inşa edilən asma körpü və yeraltı tunel uzunluğuna və hündürliyinə görə Azərbaycanda bir ilkdir. Sözügedən avtomobil yolu paytaxt Bakı ilə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını birləşdirən ən qısa yol olacaq.
© Sputnik / Reshad RashidovMuğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
Layihə başa çatdıqdan sonra paytaxt Bakı istiqamətindən şimal-qərb rayonlarına doğru hərəkət edən sürücülər Ağsu çayı üzərindəki hündürlüyü 76, uzunluğu 1135 metrlik asma körpüyə daxil olacaqlar. Asma körpüdən çıxan avtomobillər 300 metrlik asfalt yolla hərəkət etdikdən sonra uzunluğu 865, hündürlüyü 9 metr olan dördzolaqlı yola daxil olacaqlar. Sürücülər asma körpü və yeraltı tuneldən istifadə etməklə həm az məsafə qət etmiş olacaqlar, həm də mənzil başına daha tez və rahat çatacaqlar.
Hazırda 4 yerdə ümumi uzunluğu 2,6 kilometr olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır. Qurğular qüvvədə olan normativ yüklərə görə 9 bal seysmikliyi nəzərə alınmaqla inşa edilir. Yolun ilk 2 kilometrlik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir.
© Sputnik / Reshad RashidovMuğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
Layihə rəhbəri Zahir Həsənovun sözlərinə görə asma körpü, yeraltı tunel və yeni inşa ediləcək yolun bu cür layihələndirilməsi bir neçə faktordan ibarətdir. Əsas faktorlardan biri odur ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlıdan keçən hissəsində Ağsu çayı vadisində dolaylar mövcuddur. Bu dolaylar hərəkəti çətinləşdirir, qışda, qarlı-şaxtalı havalarda hərəkəti çətinləşdirir. Bu layihənin ərsəyə gəlməsi demək olar ki, həmin dolayları aradan qaldıracaq. Artıq Şamaxıdan çıxan nəqliyyat vasitəsi heç bir dolayla rastlaşmadan rahatlıqla bu vadidən keçəcək və rahat hərəkət edəcək. Yeni inşa edilən yolun daha bir üstünlüyü isə onun dörd zolaqdan ibarət olmasıdır. Bu hərəkətin təşkilinə öz müsbət töhfəsini verəcək.
© Sputnik / Reshad RashidovMuğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
Layihənin əsas məqsədlərinə yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması, iqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi, sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi və regionda turizmin inkişafı daxildir.
İsmayıllı sakini Cəmil Xalidoğlu deyir ki, yolların rahat olması yerli sakinlərlə yanaşı turistlərin də bölgələrə daha çox gedib-gəlməsinə səbəb olacaq.
© Sputnik / Reshad RashidovMuğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
"Düzdür, indi də turistlər gəlib-gedir, amma çox vaxt xarici qonaqlar yolsuzluq səbəbindən bu ərazilərə gəlməkdən imtina edirlər. Hesab edirəm ki, yeraltı tunelin qazılması, asma körpünün salınması, yolun rahat və qısa olması ilə yanaşı, görüntüsü də diqqət cəlb edəcək.
Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud ikizolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Hazırda layihənin ilk 7 kilometrlik hissəsində torpaq işləri, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndis qurğuları, ümumi uzunluğu 180 metrdən çox olan dairəvi düzbucaqlı suötürücülər də inşa edilir. Layihənin əvvəlində mövcud yolla kəsişmədə dairənin inşası nəzərdə tutulur. Artıq dairə olacaq hissədə dolğu işləri, ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədilə düzbucaqlı suötürücülərin inşası icra olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0