CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan kosmonavt yetişdirməyib: NASA yetkilisi onları bizdən saymır

© Photo : Roscosmos / Oleg Kononenko Kosmonavt, arxiv şəkli
Kosmonavt, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.04.2022
Abunə olmaq
Azərbaycanda kosmonavtika bir elm olaraq ali təhsil məktəblərindən tədris olunur, orta məktəblərdə isə yalnız bu sahə ilə bağlı xüsusi günlər qeyd edilir.
BAKI, 12 aprel — Sputnik. O dövrdə Azərbaycanda yaşayıb, burada hərbçi ailəsində doğulan Musa Manarov, Vitali Jolobov kimi Azərbaycan Neft Akademiyasında təhsil alan mütəxəssislər Rusiya Kosmik Agentliyinin dəstəyi ilə kosmosa uçublar. Onlar azərbaycanlı olmayıblar və biz onları kosmonavt kimi yetişdirməmişik. Odur ki, azərbaycanlılar arasında kosmonavt olmayıb.
Azərbaycanın Milli Aerokosmik Agentliyinin (NASA) baş direktorunun birinci müavini, texniki elmlər doktoru, professor Tofiq Süleymanov belə deyib.
Azərbaycanda bu sahədə təhsil, tədrislə bağlı danışan T.Süleymanov Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən "Aviakosmik" fakültə haqqında deyib ki, hazırda ölkədə kosmik ekologiya mühəndisliyi üzrə həm bakalavr, həm də magistr ixtisasları üzrə tələbələr yetişdirilir. "Kosmik ekologiya", "kosmik mühəndislik", "ətraf mühitin aerokosmik monitorinqi" və s. bu kimi ixtisaslar var. Bu sahədə müxtəlif ixtisaslar üzrə təhsil alanların dissertasiyaları da mövcuddur.
"Beynəlxalq təşkilatlarla əlaqələrimiz var, treninqlər, kurslar təşkil olunanda gənc mütəxəssisləri xüsusi təlim-tədris üçün xaricə yollayırıq. Onlar müəyyən ixtisaslara sahib olduqdan, sertifikatlar aldıqdan sonra burada çalışmağa başlayırlar", T.Süleymanov bildirib.
Onun sözlərinə görə, 2005-ci ildən bu günədək 35-ə qədər belə mütəxəssisimiz xaricdə təhsil alıb. Onlar ətraf mühitdə baş verən prosesləri kosmik vasitələrdən operativ izləməyə nail olublar:
"Qarabağ bölgəsində çox böyük dəyişikliklər baş verib. 30 ildə infrastruktur obyektlər dağıdılıb. Həmin ərazilərin kosmik məlumatlar əsasında qiyətləndirilməsi mütəxəssislərimizin qarşısında duran əsas vəzifələrdəndir".
Sırf orta məktəblərə gəlincə, T.Süleymanov qeyd edir ki, 12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günündə və Milli Aerokosmik Agentliyinin yaradıcılarından biri Tofiq İsmayılovun anım günündə mütəxəssislər tərəfindən məktəblərdə maarifləndirmə işləri aparılır, uşaqlara bu sahə haqda geniş informasiyalar verilir. Lakin orta məktəblərdə bu sahə, elm bir fənn olaraq tədris olunmur.
T.Süleymanov Kosmik Agentliyin yaradıcılarından biri Tofiq İsmayılov haqda danışaraq deyir ki, o, 1974-cü ildən -1991-ci ilədək Milli Aero Kosmik Agentliyin baş direktoru kimi fəaliyyət göstərib. Bu təşkilatın inkişafında xüsusi xidmətləri olub, gənc kadrların yetişdirilməsinə töhfələrini verib. Demək olar ki, o dövrdəki kosmik tədqiqatlar onun adı ilə bağlı olub.
Qeyd edək ki, T.İsmayılov "Qırmızı əmək bayrağı" ordeni, "Əməkdə rəşadət" medalı, 1978-ci ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 25 oktyabr 1990-cı ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı, K.E. Sialkovski, S.P. Korolyov və Y.A. Qaqarin adına fəxri medallarla təltif edilib.
Akademik T.İsmayılov elmi və məxsusi cihazqayırma sahəsində məşhur alim idi. Onun aerokosmik nəzarət kolibrləmə poliqonlarında peykaltı ölçmə texniki vasitələrinin nəzəriyyəsinə və tətbiqinə verdiyi təkliflər xüsusi mahiyyət kəsb edib. T.İsmayılov ilk dəfə olaraq bu sahədə irəli sürdüyü yüksək effektli və tətbiqi cəhətdən əhəmiyyətli elmi konsepsiyası keçmiş SSRİ-nin poliqonlarında və sosialist ölkələrinin "İnterkosmos" üzrə proqramların bir çox aerokosmik təcrübələrində özünü doğruldub.
Azərbaycan Respublikasının Dövlət Katibi olan Tofiq İsmayılov 1991-ci ilin noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan "Mİ-8" Azərbaycan hərbi helikopterində faciəli şəkildə həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
General-leytenant Kərim Kərimov - Sputnik Azərbaycan, 1920, 12.04.2022
CƏMİYYƏT
Yuri Qaqarini kosmosa göndərən azərbaycanlı: O, sovet kosmik proqramının banisi idi
Xəbər lenti
0