https://sputnik.az/20220319/xarkovda-yaralanan-daha-bir-azerbaycanli-surucu-vetene-getirilib-440313038.html
Xarkovda yaralanan daha bir azərbaycanlı sürücü vətənə gətirilib
Xarkovda yaralanan daha bir azərbaycanlı sürücü vətənə gətirilib
Sputnik Azərbaycan
Hərbi əməliyyatın ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan azərbaycanlı sürücü Türkiyə vasitəsilə Azərbaycana gətirilib. 19.03.2022, Sputnik Azərbaycan
2022-03-19T10:21+0400
2022-03-19T10:21+0400
2022-03-19T10:21+0400
azərbaycan xəbərləri
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100892_0:0:3260:1835_1920x0_80_0_0_1fb016ab7fe35e7790555635a4f55a8d.jpg
BAKI, 19 mart - Sputnik. Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatın ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb.İvano Frankovsk azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov Report-a bildirib ki, yaralı sürücü Bayramov Yusif Asif oğlunu Türkiyə vasitəsilə Azərbaycana yola salıblar. Sürücü artıq bu gündən vətəndədir.Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov tərəfindən Xarkovdan Azərbaycana təxliyyə olunub.Bu 2 sürücü ilə yanaşı digər azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi ki Xarkovda təxliyə problemi yaşayırdılar. Xüsüsilə yaralı sürücülər Xarkovda köməksiz qalmışdılar.Ukraynada nə baş verirFevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.Artıq iyirmi dörd gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100892_470:0:3201:2048_1920x0_80_0_0_ec54819ed0e1b6cf54cbddace2ad7234.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, rusiya
Xarkovda yaralanan daha bir azərbaycanlı sürücü vətənə gətirilib
Hərbi əməliyyatın ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan azərbaycanlı sürücü Türkiyə vasitəsilə Azərbaycana gətirilib.
BAKI, 19 mart - Sputnik. Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatın ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb.
İvano Frankovsk azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov Report-a bildirib ki, yaralı sürücü Bayramov Yusif Asif oğlunu Türkiyə vasitəsilə Azərbaycana yola salıblar. Sürücü artıq bu gündən vətəndədir.
Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov tərəfindən Xarkovdan Azərbaycana təxliyyə olunub.
Bu 2 sürücü ilə yanaşı digər azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi ki Xarkovda təxliyə problemi yaşayırdılar. Xüsüsilə yaralı sürücülər Xarkovda köməksiz qalmışdılar.
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə və digər şəhərlərində komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib.
Artıq iyirmi dörd gündür ki, Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.