https://sputnik.az/20220411/socar-humanitar-meqsedlerle-ukraynaya-yanacaq-yardimini-davam-etdirir-441012485.html
SOCAR humanitar məqsədlərlə Ukraynaya yanacaq yardımını davam etdirir
SOCAR humanitar məqsədlərlə Ukraynaya yanacaq yardımını davam etdirir
Sputnik Azərbaycan
Artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T21:19+0400
2022-04-11T21:19+0400
2022-04-11T21:36+0400
neft-qaz
ukrayna
socar
yanacaq
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439649921_0:0:1000:563_1920x0_80_0_0_550578e1786c7248ba1b174112f2085f.jpg
BAKI, 11 aprel - Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib.Bu barədə SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə istinadən məlumat verib.Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub.“Hazırda Ukraynanın istənilən yerində gecə-gündüz yardım göstərən hər bir həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə fəxr edirik. Yanacaqdoldurma məntəqəsindəki həmkarlarımıza işlərinə və cəsarətlərinə görə təşəkkür edirik“, - deyə “SOCAR Energy Ukraine” şirkətinin Report-a verdiyi məlumatda deyilir.Xatırladaq ki, "SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verir.SOCAR Energy Ukraine Azərbaycanın SOCAR şirkətinin Ukraynada nümayəndəliyi kimi 2008-ci ildən fəaliyyət göstərir. Şirkət Ukraynanın 11 vilayətində 55 yanacaq doldurma məntəqəsinə malikdir.
https://sputnik.az/20220227/azerbaycan-ukraynaya-humanitar-tibbi-yardim-gonderib-439657576.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439649921_40:0:1000:720_1920x0_80_0_0_abf3ffd1afabe7dd980af155f154c233.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, socar, yanacaq
SOCAR humanitar məqsədlərlə Ukraynaya yanacaq yardımını davam etdirir
21:19 11.04.2022 (Yenilənib: 21:36 11.04.2022) Artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub.
BAKI, 11 aprel - Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib.
Bu barədə SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə istinadən məlumat verib.
Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub.
“Hazırda Ukraynanın istənilən yerində gecə-gündüz yardım göstərən hər bir həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə fəxr edirik. Yanacaqdoldurma məntəqəsindəki həmkarlarımıza işlərinə və cəsarətlərinə görə təşəkkür edirik“, - deyə “SOCAR Energy Ukraine” şirkətinin Report-a verdiyi məlumatda deyilir.
Xatırladaq ki, "SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verir.
SOCAR Energy Ukraine Azərbaycanın SOCAR şirkətinin Ukraynada nümayəndəliyi kimi 2008-ci ildən fəaliyyət göstərir. Şirkət Ukraynanın 11 vilayətində 55 yanacaq doldurma məntəqəsinə malikdir.