Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah rayonları qarlı-yağışlı hava gözləyir

© Sputnik / Ibrahim HashimovŞimal-qərb bölgəsinə güclü qar yağıb
Şimal-qərb bölgəsinə güclü qar yağıb - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
Ölkəmizə bahar fəsli heç cür gələ bilmir. Real hava ilə təqvim üst-üstə düşmür.
BAKI, 11 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şimal-qərb bölgəsinə güclü qar yağıb - Sputnik Azərbaycan, 1920, 19.03.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycanda qarlı-yağışlı və soyuq hava şəraiti nə vaxtadək davam edəcək?
Xəbər lenti
0