CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında iştirak edib - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
Azərbaycan İlhaiyyat İnstitutu artıq yeni binada fəaliyyət göstərəcək. Yeni binanın açılışı bu gün olub.
BAKI, 11 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib.
Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət başçısına məlumat verərək bildirib ki, İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. İnstitutda bakalavriat səviyyəsi üzrə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası üzrə) “Dinin sosiologiyası”, “Dinin psixologiyası”, “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə doktoru üzrə) “Dinşünaslıq”, “Dinin tarixi və fəlsəfəsi” ixtisasları tədris olunur.
Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur.
Qeyd edək ki, Bakının Yasamal rayonunda inşa olunan beşmərtəbəli binada inzibati və sinif otaqları, kitabxana, kişilər və qadınlar üçün ayrı-ayrılıqda namaz otaqları, həmçinin dəstəmaz və mətbəə otaqları yaradılıb.
İlahiyyyat İnstitutun yaradılmasında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi baza rolunu oynayıb. Fakültə 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunub və 2017-ci ilə kimi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli "Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında" Sərəncama əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.
2018/2019-cu tədris ilində müvafiq Sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin ləğv edilməsi və Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsi məsələlərinin icrası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilib.
2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla Ceyhun Məmmədov İlahiyyat İnstitutuna rektor təyin edilib.
2020-ci ilin may ayının 12-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla Aqil Şirinov instituta rektor təyin edilib.
Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan, 1920, 28.03.2022
CƏMİYYƏT
İlham Əliyev Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib
Xəbər lenti
0