https://sputnik.az/20220411/polise-kelek-gelmek-isteyen-sexs-yaxalandi---foto-440986738.html
Polisə kələk gəlmək istəyən şəxs yaxalandı - FOTO
Polisə kələk gəlmək istəyən şəxs yaxalandı - FOTO
Sputnik Azərbaycan
İsmayıllı rayonunda baş vermiş hadisə qeyri-adi və maraqlı olması ilə diqqət çəkir. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T11:28+0400
2022-04-11T11:28+0400
2022-04-11T12:28+0400
polis
cəmiyyət
istintaq
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:485:1440:1295_1920x0_80_0_0_7f1abf6d5e1e08c2fe06fbae7f19e65b.jpg
BAKI, 11 aprel — Sputnik. İsmayıllı rayonu Bizlan kəndindəki restoranlardan birinin sahibi polis şöbəsinə müraciət edərək gecə saatlarında obyektdə quldurluq hadisəsinin baş verdiyini bildirib.DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxs bu barədə məlumatı orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını bildirib. Gözətçinin dediyinə görə, maskalı naməlum şəxslər onu döyərək daha sonra Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb, yollarına davam ediblər.Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində obyektdə əslində quldurluq cinayətinin baş vermədiyi, gözətçi Yavər Məmmədovun məsuliyyətdən yayınmaq üçün belə bir plan qurduğu məlum olub. Belə ki, həmin şəxs samovarları özü oğurlayaraq Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi ilə bağlı yalan məlumat verib. Onun bu planı polis əməkdaşları tərəfindən ifşa edilib və samovarlar satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/07/437943435_0:215:1440:1295_1920x0_80_0_0_3d80a3855bc3fe2c5fe0ea19084f7bed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polis, istintaq
Polisə kələk gəlmək istəyən şəxs yaxalandı - FOTO
11:28 11.04.2022 (Yenilənib: 12:28 11.04.2022) İsmayıllı rayonunda baş vermiş hadisə qeyri-adi və maraqlı olması ilə diqqət çəkir.
BAKI, 11 aprel — Sputnik. İsmayıllı rayonu Bizlan kəndindəki restoranlardan birinin sahibi polis şöbəsinə müraciət edərək gecə saatlarında obyektdə quldurluq hadisəsinin baş verdiyini bildirib.
DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin şəxs bu barədə məlumatı orada gözətçi işləyən Yavər adlı şəxsdən aldığını bildirib. Gözətçinin dediyinə görə, maskalı naməlum şəxslər onu döyərək daha sonra Sumqayıt şəhərinə aparıb və orada avtomobildən düşürüb, yollarına davam ediblər.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində obyektdə əslində quldurluq cinayətinin baş vermədiyi, gözətçi Yavər Məmmədovun məsuliyyətdən yayınmaq üçün belə bir plan qurduğu məlum olub. Belə ki, həmin şəxs samovarları özü oğurlayaraq Qobustan rayonunda satıb və daha sonra iz itirmək məqsədilə obyektin sahibinə guya restorana maskalı şəxslərin basqın etməsi ilə bağlı yalan məlumat verib. Onun bu planı polis əməkdaşları tərəfindən ifşa edilib və samovarlar satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.