https://sputnik.az/20220411/nesriyyatlarda-ajiotaj-rusiya-ukrayna-munaqisesi-milli-kitab-bazarina-nece-tesir-edib-441009671.html
Nəşriyyatlarda ajiotaj: Rusiya-Ukrayna münaqişəsi milli kitab bazarına necə təsir edib?
Nəşriyyatlarda ajiotaj: Rusiya-Ukrayna münaqişəsi milli kitab bazarına necə təsir edib?
Sputnik Azərbaycan
Mütəxəssislərin fikrincə, Rusiya-Ukrayna hərbi münaqişəsi kağızın bahalaşması Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açır. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T22:00+0400
2022-04-11T22:00+0400
2022-04-11T22:00+0400
kitab
cəmiyyət
rusiya
ukrayna
kağız
finlandiya
türkiyə
şahbaz xuduoğlu
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433794778_0:103:2000:1228_1920x0_80_0_0_42a44721372a011fed76e12f3230936a.jpg
BAKI, 11 aprel — Sputnik. Rusiya-Ukrayna münaqişəsi Azərbaycana idxal olunan kağızın qiymətinin 50 faiz bahalaşmasına səbəb olub.Müharibə ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmuş bir sıra Avropa dövlətləri bu ölkəyə kağız istehsalı üçün lazım olan kimyəvi maddələri verməkdən imtina edirlər. Bu da Rusiyada kağız məhsullarının istehsalında problem yaradıb. Məsələn, Finlandiya Rusiyaya natrium-xlorat ağardıcısı göndərməkdən imtina edib ki, bununla da Rusiyada qəzet kağızını istehsal edən bir sıra müəssisələrin işi dayanıb.Bu, Azərbaycanın topdansatış kağız bazarında narahatlıq doğurub. Çünki ötən il Azərbaycana idxal edilən 17 min tona yaxın kağız və kartonun 97 faizi, yəni 16,2 min tonu Rusiyadan gətirilib.Bəs görəsən, baş verən proseslər ölkəmizin kitab bazarına, xüsusilə də çap sənayesinə necə təsir edəcək?"Altun kitab" nəşriyyatının direktorunun sözlərinə görə, kağızın qiyməti o zaman sabit qala bilər ki, onun keyfiyyəti aşağı düşsün:"Əvvəl sevindik ki, kitablardan əlavə dəyər vergisi götürüldü. Sevincimiz gözümüzdə qaldı. Bilmirəm, dəyər vergisinin aradan qaldırması ilə kağızın bahalaşması bir-birini konpensasiya edəcək, ya yox. Eyni poliqrafiya göstəriciləri ilə kitabların qiyməti mətbəədə daha çox artıb. Ona görə də kitabların qiymətində artım hiss olunur. Avropada da kağızın qiyməti qalxdı. Rusiya da kağızı istehsal etmək üçün lazım olan indridiyentləri Avropadan alırdı".Qəzet kağızı idxalında isə şimal qonşumuz 100 faizlik paya malikdir. Azərbaycanda yerli kağız istehsalı, demək olar ki, yoxdur və yalnız təkrar kağız emalı üzrə müəssisə var. Bütövlükdə, 2021-ci ildə Azərbaycana 198 milyon dollarlıq kağız və karton idxal edilib ki, bu da yetərincə böyük rəqəmdir. Azərbaycana başqa ölkələrdən nisbətən əlverşili qiymətə kağız gətirmək də mümkün deyil. Çünki Rusiya müharibə ilə bağlı ölkədən bir sıra meşə materiallarının, o cümlədən, kağız istehsalı üçün lazım olan ağcaqayın materialının ixracına qadağa qoyub. Bu, dünyada, xüsusilə də Azərbaycana yaxın ölkələrdə kağızın qiymətlərinin qalxmasına səbəb olub. Çünki, Rusiya hər il dünya bazarına 0,5 milyrad dollarlıq meşə materialı göndərir. Hazırda Avropanın əsas kağız istehsalçısı olan Finlandiyada qəzet kağızının tonu 390 avrodan 670 avroya qalxıb."Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirir ki, baş verən proseslər ölkəmizdə kitab çapına təsir edəcək. Onun fikrincə, müharibə dayansa belə, kağızın qiyməti aşağı düşməyəcək.Bəs alternativ yollar nədir?"İndoneziya, Almaniya, Finlandiyadan kağız gəlir. Türkiyə isə yalnız öz bazarı üçün kağız istehsal edir. Bu vəziyyət bizim üçün təhlükəlidir. Çünki, biz ən azı seçim qarşısında qalırıq. Artıq biz daha çox vacib olan kitabları çap edirik. Çindən ölkəmizə kağız gəlirdi. İndi Çində də problem yaranacaq. Çünki, Çin kağız istehsalı üçün xammalı Rusiyadan alırdı", - deyə Ş.Xuduoğlu bildirib.Mütəxəssislər hesab edirlər ki, əgər Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək Türkiyə iqtisadiyyatına bənzər bir iqtisadiyyat qurmağa nail olsa, ölkənin kağıza olan tələbatı indiki kimi 200 milyon dollardan dəfələrlə artaraq, 800 milyon – 1 milyard dollara qədər qalxa bilər. Çünki qeyri-neft sektoru yalnız nəşriyyat üçün deyil, qablaşdırma sektoru üçün də kifayət qədər böyük miqdarda kağız məmulatı tələb edir.Azərbaycanda kağız istehsalı üçün ikinci xammal sayılan pambıq da əkilir. Əsas xammal olan ağcaqayınları isə Türkiyədə olduğu kimi, yol kənarlarına və parklara əkməklə təmin etmək olar. Xammalı qismən idxal etmək də mümkündür. Amma nəticədə, ölkə sənayesi 1 milyrd dollarlıq yeni sektor əldə etmiş olar ki, bu da on minlərlə insan üçün yeni iş yeri deməkdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433794778_114:0:1887:1330_1920x0_80_0_0_54dc29e0beb0448986b81b5261948c8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kitab, rusiya, ukrayna, kağız, finlandiya, türkiyə, şahbaz xuduoğlu
kitab, rusiya, ukrayna, kağız, finlandiya, türkiyə, şahbaz xuduoğlu
Nəşriyyatlarda ajiotaj: Rusiya-Ukrayna münaqişəsi milli kitab bazarına necə təsir edib?
Mütəxəssislərin fikrincə, Rusiya-Ukrayna hərbi münaqişəsi kağızın bahalaşması Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açır.
BAKI, 11 aprel — Sputnik. Rusiya-Ukrayna münaqişəsi Azərbaycana idxal olunan kağızın qiymətinin 50 faiz bahalaşmasına səbəb olub.
Müharibə ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmuş bir sıra Avropa dövlətləri bu ölkəyə kağız istehsalı üçün lazım olan kimyəvi maddələri verməkdən imtina edirlər. Bu da Rusiyada kağız məhsullarının istehsalında problem yaradıb. Məsələn, Finlandiya Rusiyaya natrium-xlorat ağardıcısı göndərməkdən imtina edib ki, bununla da Rusiyada qəzet kağızını istehsal edən bir sıra müəssisələrin işi dayanıb.
Bu, Azərbaycanın topdansatış kağız bazarında narahatlıq doğurub. Çünki ötən il Azərbaycana idxal edilən 17 min tona yaxın kağız və kartonun 97 faizi, yəni 16,2 min tonu Rusiyadan gətirilib.
Bəs görəsən, baş verən proseslər ölkəmizin kitab bazarına, xüsusilə də çap sənayesinə necə təsir edəcək?
"Altun kitab" nəşriyyatının direktorunun sözlərinə görə, kağızın qiyməti o zaman sabit qala bilər ki, onun keyfiyyəti aşağı düşsün:
"Əvvəl sevindik ki, kitablardan əlavə dəyər vergisi götürüldü. Sevincimiz gözümüzdə qaldı. Bilmirəm, dəyər vergisinin aradan qaldırması ilə kağızın bahalaşması bir-birini konpensasiya edəcək, ya yox. Eyni poliqrafiya göstəriciləri ilə kitabların qiyməti mətbəədə daha çox artıb. Ona görə də kitabların qiymətində artım hiss olunur. Avropada da kağızın qiyməti qalxdı. Rusiya da kağızı istehsal etmək üçün lazım olan indridiyentləri Avropadan alırdı".
Qəzet kağızı idxalında isə şimal qonşumuz 100 faizlik paya malikdir. Azərbaycanda yerli kağız istehsalı, demək olar ki, yoxdur və yalnız təkrar kağız emalı üzrə müəssisə var. Bütövlükdə, 2021-ci ildə Azərbaycana 198 milyon dollarlıq kağız və karton idxal edilib ki, bu da yetərincə böyük rəqəmdir. Azərbaycana başqa ölkələrdən nisbətən əlverşili qiymətə kağız gətirmək də mümkün deyil. Çünki Rusiya müharibə ilə bağlı ölkədən bir sıra meşə materiallarının, o cümlədən, kağız istehsalı üçün lazım olan ağcaqayın materialının ixracına qadağa qoyub. Bu, dünyada, xüsusilə də Azərbaycana yaxın ölkələrdə kağızın qiymətlərinin qalxmasına səbəb olub. Çünki, Rusiya hər il dünya bazarına 0,5 milyrad dollarlıq meşə materialı göndərir. Hazırda Avropanın əsas kağız istehsalçısı olan Finlandiyada qəzet kağızının tonu 390 avrodan 670 avroya qalxıb.
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bildirir ki, baş verən proseslər ölkəmizdə kitab çapına təsir edəcək. Onun fikrincə, müharibə dayansa belə, kağızın qiyməti aşağı düşməyəcək.
Bəs alternativ yollar nədir?
"İndoneziya, Almaniya, Finlandiyadan kağız gəlir. Türkiyə isə yalnız öz bazarı üçün kağız istehsal edir. Bu vəziyyət bizim üçün təhlükəlidir. Çünki, biz ən azı seçim qarşısında qalırıq. Artıq biz daha çox vacib olan kitabları çap edirik. Çindən ölkəmizə kağız gəlirdi. İndi Çində də problem yaranacaq. Çünki, Çin kağız istehsalı üçün xammalı Rusiyadan alırdı", - deyə Ş.Xuduoğlu bildirib.
Mütəxəssislər hesab edirlər ki, əgər Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək Türkiyə iqtisadiyyatına bənzər bir iqtisadiyyat qurmağa nail olsa, ölkənin kağıza olan tələbatı indiki kimi 200 milyon dollardan dəfələrlə artaraq, 800 milyon – 1 milyard dollara qədər qalxa bilər. Çünki qeyri-neft sektoru yalnız nəşriyyat üçün deyil, qablaşdırma sektoru üçün də kifayət qədər böyük miqdarda kağız məmulatı tələb edir.
Azərbaycanda kağız istehsalı üçün ikinci xammal sayılan pambıq da əkilir. Əsas xammal olan ağcaqayınları isə Türkiyədə olduğu kimi, yol kənarlarına və parklara əkməklə təmin etmək olar. Xammalı qismən idxal etmək də mümkündür. Amma nəticədə, ölkə sənayesi 1 milyrd dollarlıq yeni sektor əldə etmiş olar ki, bu da on minlərlə insan üçün yeni iş yeri deməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.