Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ərzaq qiymətlərində yeni rekord - VİDEO

© Sputnik / Murad OrujovBakıda supermarketdə işçi, arxiv şəkli
Bakıda supermarketdə işçi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
Dünyada baş verən hadisələr ərzağı bahalaşdırır. Bundan sonrakı vəziyyətin necə olacağı, həyata keçirilməli tədbirlər Sputnik Azərbaycan-ın təqdimatında.
BAKI, 11 aprel — Sputnik. Dünyada ərzaq qiymətləri 1990-ci ildən bəri ən yüksək həddə çatıb. Mart ayında qiymətlər 12,6 faiz, son bir ildə isə 33,6 faiz artıb. Ən çox bahalaşma bitki yağları, taxıl, ət, süd məhsulları və şəkərdə olub. Ukrayna ətrafında baş verən hadisələr qiymətlərə öz təsirini göstərir.
İqtisadçı Natiq Cəfərlinin fikrincə, qiymətlər daha da artacaq, lakin mayın sonu - iyunun əvvəlində səngiyəcək. Bəzi ərzaq növləri ilə bağlı isə mövsümdən asılı olmayaraq bahalaşma davam edə bilər. Məsələn, bitki yağlarını, dənli bitkiləri buna misal göstərmək olar. Günəbaxan yağı üzrə Rusiya və Ukraynanın dünya bazarındakı payı 50 faizdən çoxdur.
Onun sözlərinə görə, yerli istehsalı artırmaq lazımdır, həmçinin ölkəyə gətirilən ərzaq məhsullarına görə vergi və gömrük rüsumu tutulmasın. Nə qədər ölkəyə çox mal gəlsə, bu, bolluğa və qiymətlərin kəskin qalxmamasına səbəb ola bilər.
Qeyd edək ki, bu ilin iki ayında Azərbaycanda ərzaq məhsullarına, içkiyə və tütünə qiymətlər 7,2 faiz artıb.
Fevralda daha çox bahalaşan məhsullar - un, çörək, peçenye, vafli, qoyun, mal və toyuq əti, kolbasa məmulatları, təzə balıq, süd, xama, yoqurt, pendir, kərə yağı, banan, naringi, nar, heyva, balqabaq, pomidor, xiyar, kartof, soğan, sarımsaq, kələm, şokolad məmulatları, konfetlər, kola içkisi, meyvə şirəsi və araq olub.
Ucuzlaşma isə yumurta, çuğundur, yerköküdə qeydə alınıb.
Bu yaxınlarda Dövlət Statistika Komitəsi mart ayında ən çox bahalaşan və ucuzlaşan məhsulların adlarını açıqlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0