DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyanın ən nüfuzlu 100 ərəbinin siyahısı tərtib edilib

© REUTERS / Naseem ZeitoonSəudiyyə Ərəbistanı ilə Qətərin sərhəddində dəvələr, 20 iyun 2017-ci il
Səudiyyə Ərəbistanı ilə Qətərin sərhəddində dəvələr, 20 iyun 2017-ci il - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
İlk onluqda bir qadın – BƏƏ Kosmik Agentliyinin rəhbəri Sara bint Yusif yer alıb. Misirli futbolçu Məhəmməd Salah isə 30-cu yeri tutub.
BAKI, 11 aprel - Sputnik. “Gulf Business” nəşri 2022-ci ildə dünyada ən nüfuzlu 100 ərəbin adını açıqlayıb. Onların arasında iş adamları ilə yanaşı, incəsənət xadimləri və idmançılar da var.
Siyahıya Səudiyyə Publik İnvestisiya Fondunun rəhbəri Yasser Əl-Rumayyan başçılıq edir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Neft Şirkətinin icraçı direktoru Sultan bin Əhməd Əl Cabir dünyanın ikinci ən nüfuzlu ərəbidir.
Siyahıda ilk onluqda, əsasən, Səudiyyə Ərəbistanı və BƏƏ-nin təmsilçiləri yer alıblar. Qətər Enerji Şirkətinin icraçı direktoru Saad bin Şerida Ək Kaabi isə dördüncü ən nüfuzlu ərəb hesab edilib. “Aramco”nun icraçı direktoru Amin Nasser siyahıda altıncıdır.
İlk onluqda bir qadın – BƏƏ Kosmik Agentliyinin rəhbəri Sara bint Yusif yer alıb. Misirli futbolçu Məhəmməd Salah isə 30-cu yeri tutub (Azərtac).
Siyahıda Suriya, Livan, İordaniya, Fələstin, Tunis və Mərakeş təmsilçiləri, həmçinin ABŞ, Meksika və Avropa ölkələrində fəaliyyət göstərən ərəblər də var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0