https://sputnik.az/20220411/dovlet-komitesinin-tikdirdiyi-menziller-satisa-cixarilacaq-440998017.html
Dövlət Komitəsinin tikdirdiyi mənzillər satışa çıxarılacaq
Dövlət Komitəsinin tikdirdiyi mənzillər satışa çıxarılacaq
Sputnik Azərbaycan
Dövlət başçısı yeni imzaladığı fərmanla hökumətin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında bir sıra vəzifələr qoyub. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T16:00+0400
2022-04-11T16:00+0400
2022-04-11T16:15+0400
şəhid
cəmiyyət
əmək və əhalinin sosial müdafiə nazirliyi
nazirlər kabineti
fərman
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741476_0:142:1920:1222_1920x0_80_0_0_acdb556c320be87031fb469e598e5572.jpg
BAKI, 11 aprel — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.Fərmana əsasən, Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.16-cı bəndinə uyğun olaraq, mənzillərin hərrac vasitəsilə satışı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 1-ci hissəsinin və 3.1-ci bəndinin icrası ilə bağlı görülmüş işlər barədə illik hesabatı hər il yanvarın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220406/azerbaycanda-sosial-menzil-layihenin-perspektivleri-440850925.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42374/14/423741476_52:0:1869:1363_1920x0_80_0_0_e2638b2fe7d60f8e0bd33bea5a092b16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəhid, əmək və əhalinin sosial müdafiə nazirliyi, nazirlər kabineti, fərman
şəhid, əmək və əhalinin sosial müdafiə nazirliyi, nazirlər kabineti, fərman
Dövlət Komitəsinin tikdirdiyi mənzillər satışa çıxarılacaq
16:00 11.04.2022 (Yenilənib: 16:15 11.04.2022) Dövlət başçısı yeni imzaladığı fərmanla hökumətin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında bir sıra vəzifələr qoyub.
BAKI, 11 aprel — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.16-cı bəndinə uyğun olaraq, mənzillərin hərrac vasitəsilə satışı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 1-ci hissəsinin və 3.1-ci bəndinin icrası ilə bağlı görülmüş işlər barədə illik hesabatı hər il yanvarın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.