https://sputnik.az/20220411/bu-il-hecc-ziyaretinde-istirak-etmek-isteyenler-bu-qaydalara-riayet-etmelidirler-440992649.html
Bu il Həcc ziyarətində iştirak etmək istəyənlər bu qaydalara riayət etməlidirlər
Bu il Həcc ziyarətində iştirak etmək istəyənlər bu qaydalara riayət etməlidirlər
Sputnik Azərbaycan
Yeni növ koronavirus pandemiyasının aktiv fazası keçildikdən sonra Həcc ziyarəti prosesi də qaydasına düşməyə başlayır. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T14:25+0400
2022-04-11T14:25+0400
2022-04-11T14:45+0400
həcc
dünya xəbərləri
həcc ziyarəti
səudiyyə ərəbistanı
ümrə
qmi
https://cdnn1.img.sputnik.az/img/07e4/09/17/425004176_58:0:3699:2048_1920x0_80_0_0_52103e5db5305b1ddf01a0d23ff3189e.jpg
BAKI, 11 aprel — Sputnik. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq xaricdən gələn zəvvarlara bu il Həcc ziyarətinə icazə verib və Məkkə ilə Mədinənin müqəddəs yerlərini ziyarət etməyə icazə verilən zəvvarların sayını bir milyona çatdırıb.Bu barədə Səudiyyə Ərəbistanının Xəbər Agentliyi nazirliyə istinadən məlumat yayıb. Məlumatda qeyd olunub ki, bu il həm krallıqdan, həm də xaricdən bir milyona qədər zəvvarın Həcc ziyarətinə icazə verilməsi qərarı Səudiyyə Ərəbistanının dünya müsəlmanlarının Həcc və Ümrə ayinlərini icra, Peyğəmbər məscidi və digər yerlər ziyarət edə bilməsi üçün Həccin davamlılığını təşviq etməkdə maraqlı olduğunu əks etdirir.O da bildirilib ki, bu il krallıqda qəbul olunmuş vaksinlərlə tam peyvənd olunmuş yaşı 65-dən aşağı olan şəxslər Həcc ziyarətinə gələ biləcəklər. Onlardan krallıq ərazisinə girməzdən əvvəl 72 saat ərzində aparılan mənfi PCR test nəticəsini təqdim etmələri tələb olunacaq.Qeyd edək ki, fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib, ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20210719/Seudiyye-Erebistaninda-hecc-ziyareti-bashlayib-427494503.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/17/425004176_513:0:3244:2048_1920x0_80_0_0_8464f1476eaa47e106c8ad7a6f07fda7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həcc, həcc ziyarəti, səudiyyə ərəbistanı, ümrə, qmi
həcc, həcc ziyarəti, səudiyyə ərəbistanı, ümrə, qmi
Bu il Həcc ziyarətində iştirak etmək istəyənlər bu qaydalara riayət etməlidirlər
14:25 11.04.2022 (Yenilənib: 14:45 11.04.2022) Yeni növ koronavirus pandemiyasının aktiv fazası keçildikdən sonra Həcc ziyarəti prosesi də qaydasına düşməyə başlayır.
BAKI, 11 aprel — Sputnik. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq xaricdən gələn zəvvarlara bu il Həcc ziyarətinə icazə verib və Məkkə ilə Mədinənin müqəddəs yerlərini ziyarət etməyə icazə verilən zəvvarların sayını bir milyona çatdırıb.
Bu barədə Səudiyyə Ərəbistanının Xəbər Agentliyi nazirliyə istinadən məlumat yayıb. Məlumatda qeyd olunub ki, bu il həm krallıqdan, həm də xaricdən bir milyona qədər zəvvarın Həcc ziyarətinə icazə verilməsi qərarı Səudiyyə Ərəbistanının dünya müsəlmanlarının Həcc və Ümrə ayinlərini icra, Peyğəmbər məscidi və digər yerlər ziyarət edə bilməsi üçün Həccin davamlılığını təşviq etməkdə maraqlı olduğunu əks etdirir.
O da bildirilib ki, bu il krallıqda qəbul olunmuş vaksinlərlə tam peyvənd olunmuş yaşı 65-dən aşağı olan şəxslər Həcc ziyarətinə gələ biləcəklər. Onlardan krallıq ərazisinə girməzdən əvvəl 72 saat ərzində aparılan mənfi PCR test nəticəsini təqdim etmələri tələb olunacaq.
Qeyd edək ki, fevralın 3-də Səudiyyə Ərəbistanı 2022-ci ildə Həcc ziyarətini keçirmək niyyətini təsdiqləyib, ona hazırlığın formatı zəvvarların gəldiyi ölkələr də daxil olmaqla, yaranmış epidemioloji vəziyyətə uyğun olaraq Səudiyyə Ərəbistanı tərəfindən müəyyən edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.