Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda torpaq bazarında qiymətlər qalxıb

Bakıda Nizami Gəncəvi parkı - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
Yaz-yay fəsli dövründə torpağa, həyət evlərinə tələbat artır, torpaq bazarında aktivləşmə müşahidə edilir.
BAKI, 11 aprel - Sputnik. Mart ayında Bakıda torpaq bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.
Bu barədə “MBA Consulting Group” şirkətindən Trend-ə bildirilib.
Verilən məlumata görə, mart ayında Bakıda bir sot torpağın orta qiyməti 7,22 faiz bahalaşıb. İl ərzində isə qiymətlər 2,32 faiz qalxıb.
Qeyd edilib ki, qiymət artımı mövsümi xarakter daşıyır. Yaz-yay fəsli dövründə torpağa, həyət evlərinə tələbat artır, torpaq bazarında aktivləşmə müşahidə edilir, torpaq sahələrində ev tikintisi işləri aktivləşir. Bütün bunlar torpaq bazarında qiymətlərə təsirsiz ötüşmür.
Daha əvvəl mütəxəssislər bildiridilər ki, Ukraynadakı xüsusi hərbi əməliyyatlar fonunda Ukrayna və Rusiyada yaşayan azərbaycanlıların vətənə qayıtması ev və torpaq bazarında qiymətlərin artmasına səbəb olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bina - Sputnik Azərbaycan, 1920, 04.03.2022
CƏMİYYƏT
Ukraynada hərbi əməliyyatlar Bakıda daşınmaz əmlak bazarına mənfi təsir göstərəcək
Xəbər lenti
0