https://sputnik.az/20220411/baki-ile-yerevan-arasinda-sulh-muqavilesi-olsun---sorgu-441014292.html
Bakı ilə Yerevan arasında sülh müqaviləsi olsun? - sorğu
Bakı ilə Yerevan arasında sülh müqaviləsi olsun? - sorğu
Sputnik Azərbaycan
Sputnik Azərbaycan Telegram kanalının oxucuları Bakı ilə Yerevan arasında sülh müqaviləsinə münasibət bildiriblər. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T23:20+0400
2022-04-11T23:20+0400
2022-04-11T23:20+0400
bakı
infoqrafika
yerevan
sülh sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440945207_0:0:268:152_1920x0_80_0_0_19721cfd1d28ef5f4c94b994f030059c.png
Azərbaycanın xarici siyasət gündəmində duran əsas məsələlərdən biri Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Sputnik Azərbaycanın @AzeSputnik Telegram kanalı oxucular arasında sülh müqaviləsinin imzalanması perspektivini nə dərəcədə dəstəklədiklərini öyrənmək üçün sorğu keçirib.Xatırladaq ki, bundan əvvəl rəsmi Bakı Ermənistanın münasibətlərin normallaşdırılmasının beş əsas prinsipini qəbul etməsi şərti ilə İrəvanla sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlara hazır olduğunu bildirmişdi.Ümumiyyətlə, bunlara suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması; dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyinin qarşılıqlı təsdiqi; siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiqindən imtina; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılması.Bu günlərdə Belçikanın paytaxtında Azərbaycanın Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.Dörd saatdan çox davam edən görüşün sonunda AB rəhbəri çıxış edib. O, bəyan edib ki, Azərbaycan və Ermənistan liderləri son görüşdən sonra baş verən hadisələrə yekun vurublar. üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqlədi.Həmçinin, iki ölkənin xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılıb. Aprelin sonunadək sərhədin delimitasiyası üçün birgə sərhəd komissiyasının yaradılması barədə razılıq əldə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440945204_0:0:269:202_1920x0_80_0_0_24b100b044998d0f034125df5a000cb6.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, инфографика, yerevan, sülh sazişi
bakı, инфографика, yerevan, sülh sazişi
Bakı ilə Yerevan arasında sülh müqaviləsi olsun? - sorğu
Sputnik Azərbaycan Telegram kanalının oxucuları Bakı ilə Yerevan arasında sülh müqaviləsinə münasibət bildiriblər.
Azərbaycanın xarici siyasət gündəmində duran əsas məsələlərdən biri Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Sputnik Azərbaycanın @AzeSputnik Telegram kanalı oxucular arasında sülh müqaviləsinin imzalanması perspektivini nə dərəcədə dəstəklədiklərini öyrənmək üçün sorğu keçirib.
Xatırladaq ki, bundan əvvəl rəsmi Bakı Ermənistanın münasibətlərin normallaşdırılmasının beş əsas prinsipini qəbul etməsi şərti ilə İrəvanla sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlara hazır olduğunu bildirmişdi.
Ümumiyyətlə, bunlara suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması; dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyinin qarşılıqlı təsdiqi; siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiqindən imtina; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılması.
Bu günlərdə Belçikanın paytaxtında Azərbaycanın Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Dörd saatdan çox davam edən görüşün sonunda AB rəhbəri çıxış edib. O, bəyan edib ki, Azərbaycan və Ermənistan liderləri son görüşdən sonra baş verən hadisələrə yekun vurublar. üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini bir daha təsdiqlədi.
Həmçinin, iki ölkənin xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılıb. Aprelin sonunadək sərhədin delimitasiyası üçün birgə sərhəd komissiyasının yaradılması barədə razılıq əldə olunub.