DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa Komissiyası bu aviaşirkətləri "Qara siyahı"ya daxil edib

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidtəyyarə
təyyarə - Sputnik Azərbaycan, 1920, 11.04.2022
Abunə olmaq
"Qara siyahı"ya beynəlxalq təhlükəsizlik standartlarına uyğunsuzluq səbəbindən Avropa İttifaqında istismar qadağası və ya məhdudiyyətləri tətbiq edilən aviaşirkətlər daxil edilir.
BAKI, 11 aprel — Sputnik. Avropa Komissiyası Aİ-yə uçuşları qadağan edilən aviaşirkətlərin yenilənmiş siyahısını dərc edib.
Avropa Komissiyasının verdiyi xəbərə görə, qeyd olunan siyahıya "Aeroflot", "Rusiya", "Pobeda" və "UTair" şirkətləri də daxildir. "Qara siyahı"ya daxil olan şirkətlərə Aİ ölkələrinin hava limanlarına və onun ərazisi üzərindən uçuşlar qadağan edilib.
Qeyd edək ki, Brüssel artıq Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində bütün bunları qadağan edib.
"Bu, Rusiyanın xaricə məxsus təyyarələri məcburi yenidən qeydiyyata alması, onların etibarlı uçuşa yararlılıq sertifikatları olmadan istismarına bilərəkdən icazə verməsi səbəbindən ciddi təhlükəsizlik narahatlıqlarını əks etdirir. Bu, beynəlxalq aviasiya təhlükəsizliyi standartlarını pozur", - Avropa Komissiyasının məlumatında bildirilib.
Sözügedən siyahının yenilənməsindən sonra ümumilikdə 117 aviaşirkətin Aİ səmasında uçuşuna qadağa qoyulub.
Bunlar 15 müxtəlif dövlətdə sertifikatlaşdırılmış 90 aviaşirkət və müəyyən edilmiş ciddi təhlükəsizlik çatışmazlıqlarına görə Rusiyada sertifikatlaşdırılmış 21 aviaşirkət, eləcə də digər dövlətlərin 6 fərdi aviaşirkətidir: "Avior Airlines" (Venesuela), "Blue Wing Airlines" (Surinam), "Iran Aseman Airlines" (İran), "Iraqi Airways" (İraq), "Med Airlines" (Nigeriya) və "Air Zimbabwe" (Zimbabve) şirkətləri.
Əlavə iki aviaşirkət əməliyyat məhdudiyyətlərinə məruz qalıb: "Iran Air" (İran) və "Air Koryo" (Şimali Koreya). Belə ki, onlar Aİ-yə yalnız xüsusi təyyarə növləri ilə uça bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0