https://sputnik.az/20220411/aqta-azerbaycanda-qablasdirma-mehsullarini-analiz-edir-440781321.html
AQTA Azərbaycanda qablaşdırma məhsullarını analiz edir?
AQTA Azərbaycanda qablaşdırma məhsullarını analiz edir?
Sputnik Azərbaycan
Qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T23:36+0400
2022-04-11T23:36+0400
2022-04-11T23:36+0400
qablaşdırma
cəmiyyət
aqta
qida
https://cdnn1.img.sputnik.az/img/42332/32/423323236_0:91:2000:1216_1920x0_80_0_0_7bcb1c3236d96b96c6d9717c63dc0804.jpg
BAKI, 11 aprel — Sputnik. Qablaşdırma materiallarının istehsalında onların elastikliyini, istiliyə və ultrabənövşəyi şüalara davamlılığını artırmaq üçün formaldehid, bisphenol A (BPA), ftalatlar, ağır metallar və bir sıra kimyəvi elementlər istifadə edilir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.Qeyd olunub ki, bu maddələr toksikdir və canlılar üçün olduqca zərərlidir. Belə ki, qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər. Buna görə də qida ilə birbaşa təmasda olan qablaşdırma materialları üçün miqrasiya (nüfuz etmə) analizləri edilməlidir."Bu analizlər nəticəsində qida ilə təmas zamanı qablaşdırmanın tərkibində olan adı qeyd olunan kimyəvi maddələrin qidanın xüsusiyyətlərinə nə dərəcədə mənfi təsir göstərə biləcəyi öncədən öyrənilir. Həmin kimyəvi maddələrin limit hədləri normativ texniki sənədlərə əsasən təyin edilir", - AQTA bildirib.Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasında qablaşdırma materiallarında təhlükəsizlik göstəricilərinin təyini üzrə sınaqlar aparılır:"Qeyd edilən laboratoriyada qida məhsulları üçün nəzərdə tutulan qablaşdırma materiallarında ümumi və xüsusi miqrasiya sınaqları aparılmaqla onların keyfiyyət və təhlükəsizlik parametrləri yoxlanılır. Beləliklə, laboratoriyada tətbiq edilən miqrasiya analizləri müasir metodlar vasitəsilə aparılır və həmin metodlara əsaslanaraq ilk öncə analiz olunacaq qablaşdırma materialı 24 saat müddətində uyğun mühitdə (su, etanol, asetat turşusu, zeytun yağı) saxlanılır".Bu mühit qablaşdırma materialının təmas etdiyi qidanın növündən asılı olaraq seçilir: "Daha sonra buxarlanma metodu ilə ektraksiya olunan nümunə soxhlet cihazı vasitəsilə buxarlandırılır. Sonda ümumi miqrasiyanın metodda göstərilən qayda və düstur vasitəsilə kəmiyyət hesablanması aparılır. Bununla yanaşı, laboratoriyada qablaşdırma materiallarında formaldehid və ağır metalların analizləri aparılır"."Beləliklə, laboratoriyada analizlər aparılmaqla qida istehsalında istifadə olunan qablaşdırma materialının qida ilə təmasa uyğun olub-olmaması müəyyən edilir və uyğunsuz məhsulların dövriyyədən kənarlaşdırılması təmin edilərək, insan sağlamlığına zərər vurmasının qarşısı alınır", - deyə AQTA-dan verilən məlumatda bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42332/32/423323236_193:0:1970:1333_1920x0_80_0_0_ae2bc984097abb7eede9ed3be854d77e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qablaşdırma, aqta, qida
AQTA Azərbaycanda qablaşdırma məhsullarını analiz edir?
Qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər.
BAKI, 11 aprel — Sputnik. Qablaşdırma materiallarının istehsalında onların elastikliyini, istiliyə və ultrabənövşəyi şüalara davamlılığını artırmaq üçün formaldehid, bisphenol A (BPA), ftalatlar, ağır metallar və bir sıra kimyəvi elementlər istifadə edilir. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, bu maddələr toksikdir və canlılar üçün olduqca zərərlidir. Belə ki, qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər. Buna görə də qida ilə birbaşa təmasda olan qablaşdırma materialları üçün miqrasiya (nüfuz etmə) analizləri edilməlidir.
"Bu analizlər nəticəsində qida ilə təmas zamanı qablaşdırmanın tərkibində olan adı qeyd olunan kimyəvi maddələrin qidanın xüsusiyyətlərinə nə dərəcədə mənfi təsir göstərə biləcəyi öncədən öyrənilir. Həmin kimyəvi maddələrin limit hədləri normativ texniki sənədlərə əsasən təyin edilir", - AQTA bildirib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasında qablaşdırma materiallarında təhlükəsizlik göstəricilərinin təyini üzrə sınaqlar aparılır:
"Qeyd edilən laboratoriyada qida məhsulları üçün nəzərdə tutulan qablaşdırma materiallarında ümumi və xüsusi miqrasiya sınaqları aparılmaqla onların keyfiyyət və təhlükəsizlik parametrləri yoxlanılır. Beləliklə, laboratoriyada tətbiq edilən miqrasiya analizləri müasir metodlar vasitəsilə aparılır və həmin metodlara əsaslanaraq ilk öncə analiz olunacaq qablaşdırma materialı 24 saat müddətində uyğun mühitdə (su, etanol, asetat turşusu, zeytun yağı) saxlanılır".
Bu mühit qablaşdırma materialının təmas etdiyi qidanın növündən asılı olaraq seçilir: "Daha sonra buxarlanma metodu ilə ektraksiya olunan nümunə soxhlet cihazı vasitəsilə buxarlandırılır. Sonda ümumi miqrasiyanın metodda göstərilən qayda və düstur vasitəsilə kəmiyyət hesablanması aparılır. Bununla yanaşı, laboratoriyada qablaşdırma materiallarında formaldehid və ağır metalların analizləri aparılır".
"Beləliklə, laboratoriyada analizlər aparılmaqla qida istehsalında istifadə olunan qablaşdırma materialının qida ilə təmasa uyğun olub-olmaması müəyyən edilir və uyğunsuz məhsulların dövriyyədən kənarlaşdırılması təmin edilərək, insan sağlamlığına zərər vurmasının qarşısı alınır", - deyə AQTA-dan verilən məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.