https://sputnik.az/20220411/ana-hebsdeki-ogluna-mobil-telefon-kecirmek-istedi-ozu-de-saxlanildi-441000331.html
Ana həbsdəki oğluna mobil telefon keçirmək istədi, özü də saxlanıldı
Ana həbsdəki oğluna mobil telefon keçirmək istədi, özü də saxlanıldı
Sputnik Azərbaycan
Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T17:34+0400
2022-04-11T17:34+0400
2022-04-11T17:34+0400
mobil
hadisə
təcridxana
bakı istintaq təcridxanası
penitensiar xidmətin 2 saylı istintaq təcridxanası
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440566169_0:63:965:606_1920x0_80_0_0_92e8e10b08b59ad916cbe6b577eb7075.jpg
BAKI, 11 aprel — Sputnik. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib.Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Azad Azər oğlu Novruzova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan şalvarın cibinə xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,130 qram olan narkotik maddə - heroin aşkar edilib.Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Kamran Rasim oğlu Zeynalovla qısamüddətli görüşə gəlmiş anası Saatlı rayon sakini Laləzar Dövlət qızı Zeynalovanın əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi 1 ədəd "KGTEL" markalı mobil telefon aparatı aşkar edilib.Hər iki faktla bağlı araşdırma aparılır.Xatırladaq ki, mart ayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440566169_37:0:929:669_1920x0_80_0_0_fdf69abbdc3895ff37a2a1297343615e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mobil, təcridxana, bakı istintaq təcridxanası, penitensiar xidmətin 2 saylı istintaq təcridxanası
mobil, təcridxana, bakı istintaq təcridxanası, penitensiar xidmətin 2 saylı istintaq təcridxanası
Ana həbsdəki oğluna mobil telefon keçirmək istədi, özü də saxlanıldı
Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
BAKI, 11 aprel — Sputnik. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib.
Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Azad Azər oğlu Novruzova poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan şalvarın cibinə xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,130 qram olan narkotik maddə - heroin aşkar edilib.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Kamran Rasim oğlu Zeynalovla qısamüddətli görüşə gəlmiş anası Saatlı rayon sakini Laləzar Dövlət qızı Zeynalovanın əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi 1 ədəd "KGTEL" markalı mobil telefon aparatı aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, mart ayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.