https://sputnik.az/20220411/-omikronun-ba2-altnovunun-yoluxduruculuq-qabiliyyeti-daha-yuksekdir-440976744.html
“Omikron”un BA.2 altnövünün yoluxduruculuq qabiliyyəti daha yüksəkdir
“Omikron”un BA.2 altnövünün yoluxduruculuq qabiliyyəti daha yüksəkdir
Sputnik Azərbaycan
Hazırki dalğada yoluxanların çoxunun simptomsuz və ya yüngül simptomlu pasiyentlər olmasının səbəbi virusun daha az virulentliyi və vaksinasiya ilə bağlıdır. 11.04.2022, Sputnik Azərbaycan
2022-04-11T06:15+0400
2022-04-11T06:15+0400
2022-04-11T06:15+0400
səhiyyə
koronavirus
covid-19
çin
yoluxma
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440847468_0:0:3071:1728_1920x0_80_0_0_f28d31829a8cd7d5a90946cab6603c65.jpg
BAKI, 11 aprel - Sputnik. COVID-19 virusunun “omikron” ştamının BA.2 altnövünün yoluxduruculuq qabiliyyəti daha yüksəkdir. Bu növ virus yaşlılar və uşaqlar da daxil olmaqla, həssas qrup insanlar üçün daha böyük təhlükə yaradır.Çinli ekspert, Şanxayın Yeni Beynəlxalq Sərgi Mərkəzindəki müvəqqəti xəstəxananın baş həkimi Çen Arcen yerli mediaya müsahibəsində “omikron”un BA.2 altnövü barədə danışaraq, Şanxaydakı hazırki yoluxma dalğasına məhz bu növün səbəb olduğunu bildirib.“Yeni növ koronavirus ilk dəfə aşkarlandıqdan sonra bir neçə nəsil variantları dəyişib. Virus mutasiyalar sayəsində yaşamaq üçün uyğunlaşmağa davam edib. O, daha az virulent hala gəlib, amma yayılması daha asandır”, - deyə ekspert bildirib.O əlavə edib ki, Şanxaydakı hazırki dalğada yoluxanların çoxunun simptomsuz və ya yüngül simptomlu pasiyentlər olmasının səbəbi virusun daha az virulentliyi (infeksiyanın ağır xəstəlik yaratma və ölüdürücülük qabiliyyəti) və vaksinasiya ilə bağlıdır.Baş həkim virusun virulentliyinin azalmasına baxmayaraq, həssas qrup, habelə peyvənd olunmayanlar üçün hələ də təhlükəli olduğunu, həmin qrupa aid olan insanların virusa yoluxacağı təqdirdə xəstəliyi ağır keçirmək ehtimalının yüksək olduğunu deyib.Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində, o cümlədən əhali sayına görə ölkənin ən iri şəhəri olan Şanxayda virusa yoluxmalar davamlı olaraq çoxalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka Çinin materik hissəsində 26 min 355 yerli yoluxma, o cümlədən 25 min 37 simptomsuz yoluxma qeydə alınıb. Yoluxmaların əksər hissəsi (24 min 943) Şanxayda aşkarlanıb. Şanxayda simptomsuz və yüngül simptomlu pasiyentlərin yerləşdirilməsi üçün 160 min çarpayı tutumu olan 100-dən çox müvəqqəti xəstəxana istifadəyə verilib. Bura xüsusi quraşdırılmış mobil xəstəxanalardan başqa, mehmanxana, sərgi mərkəzləri, idman arenaları da daxildir. Təkcə Milli Sərgi və Konvensiya Mərkəzində 50 min çarpayı yerləşdirilib. Orta və ağır simptomlu xəstələr üçün isə 8 xəstəxana ayrılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440847468_340:0:3071:2048_1920x0_80_0_0_8e8687200b9963a6e0f3251a6316d0c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
koronavirus, covid-19, çin, yoluxma
koronavirus, covid-19, çin, yoluxma
“Omikron”un BA.2 altnövünün yoluxduruculuq qabiliyyəti daha yüksəkdir
Hazırki dalğada yoluxanların çoxunun simptomsuz və ya yüngül simptomlu pasiyentlər olmasının səbəbi virusun daha az virulentliyi və vaksinasiya ilə bağlıdır.
BAKI, 11 aprel - Sputnik. COVID-19 virusunun “omikron” ştamının BA.2 altnövünün yoluxduruculuq qabiliyyəti daha yüksəkdir. Bu növ virus yaşlılar və uşaqlar da daxil olmaqla, həssas qrup insanlar üçün daha böyük təhlükə yaradır.
Çinli ekspert, Şanxayın Yeni Beynəlxalq Sərgi Mərkəzindəki müvəqqəti xəstəxananın baş həkimi Çen Arcen yerli mediaya müsahibəsində “omikron”un BA.2 altnövü barədə danışaraq, Şanxaydakı hazırki yoluxma dalğasına məhz bu növün səbəb olduğunu bildirib.
“Yeni növ koronavirus ilk dəfə aşkarlandıqdan sonra bir neçə nəsil variantları dəyişib. Virus mutasiyalar sayəsində yaşamaq üçün uyğunlaşmağa davam edib. O, daha az virulent hala gəlib, amma yayılması daha asandır”, - deyə ekspert bildirib.
O əlavə edib ki, Şanxaydakı hazırki dalğada yoluxanların çoxunun simptomsuz və ya yüngül simptomlu pasiyentlər olmasının səbəbi virusun daha az virulentliyi (infeksiyanın ağır xəstəlik yaratma və ölüdürücülük qabiliyyəti) və vaksinasiya ilə bağlıdır.
Baş həkim virusun virulentliyinin azalmasına baxmayaraq, həssas qrup, habelə peyvənd olunmayanlar üçün hələ də təhlükəli olduğunu, həmin qrupa aid olan insanların virusa yoluxacağı təqdirdə xəstəliyi ağır keçirmək ehtimalının yüksək olduğunu deyib.
Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində, o cümlədən əhali sayına görə ölkənin ən iri şəhəri olan Şanxayda virusa yoluxmalar davamlı olaraq çoxalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka Çinin materik hissəsində 26 min 355 yerli yoluxma, o cümlədən 25 min 37 simptomsuz yoluxma qeydə alınıb.
Yoluxmaların əksər hissəsi (24 min 943) Şanxayda aşkarlanıb. Şanxayda simptomsuz və yüngül simptomlu pasiyentlərin yerləşdirilməsi üçün 160 min çarpayı tutumu olan 100-dən çox müvəqqəti xəstəxana istifadəyə verilib. Bura xüsusi quraşdırılmış mobil xəstəxanalardan başqa, mehmanxana, sərgi mərkəzləri, idman arenaları da daxildir. Təkcə Milli Sərgi və Konvensiya Mərkəzində 50 min çarpayı yerləşdirilib. Orta və ağır simptomlu xəstələr üçün isə 8 xəstəxana ayrılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.