CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukraynadakı vəziyyət Azərbaycandan xurma ixracına necə təsir edib?

© Sputnik / Reshad RashidovAzərbaycanda xurma ixracı ilə bağlı problem
Azərbaycanda  xurma ixracı ilə bağlı problem   - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Azərbaycanla Rusiya arasında yeni yolun açılması məhsulların yollarda xarab olmayacağına ümid yaradır.
BAKI, 10 aprel — Sputnik. Azərbaycandan xurma ixracına digər məsələlərlə yanaşı, Ukraynadakı vəziyyət, eləcə də sərhəddəki problemlər mane olur.
Bunu Sputnik Azərbaycan-a Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Birliyinin sədri Qadir Yusifov deyib.
O qeyd edib ki, 2021-ci ildə xurma istehsalı məhsuldar olub. Belə ki, məhsulun ötənilki mövsümündə 190 min tona qədər istehsal olub. İl ərzində 174 min ton xurma ixrac olunub. Bu ixracdan 126 milyon dollaradək vəsait daxil olub.
Onun sözlərinə görə, Azərbaycandan Moldova, Belarusa məhsul ixrac edilsə də, bu, o qədər böyük həcmdə deyil. Əsas xurma bazarımız Rusiya və Ukraynadır:
"Lakin Rusiya-Ukrayna arasındakı gərginlik bizim işimizə maneələr yaratdı. Bu səbəbdən soyuducu anbarlarda olan mallar xarab oldu, satılmadı. Qeyd edim ki, bu ilin yanvar-fevral aylarında xurma dolu yük maşınlarımız 20 gün sərhəddə qaldı. Bu gecikmənin səbəbi nə idi, bilmədik. Təxminən 10 min ton məhsulumuz beləcə xarab oldu".
O, tıxaca səbəb ola biləcək digər amildən söz açır, bildirir ki, həmin dövrdə - cari ilini yanvar-fevral aylarında İrana məxsus yük maşınları Azərbaycan üzərindən Rusiyaya keçirdi: "Bu yük maşınlar da tıxaclara səbəb olurdu. Artıq Azərbaycanla Rusiya arasında yeni yol açılması bizə ümid verir, düşünürük ki, bununla gecikmə problemi aradan qalxacaq".
Q.Yusifov qeyd edib ki, hazırda soyuducularda heç bir məhsul yoxdur: "Hazırda əlimizdəki tam yararsız məhsulumuzun çəkisi isə 1000 tonadək ola bilər".
Bu sahənin inkişafı üçün dövlət yardımını əsirgəmir, texniki avadanlıqların alınmasına görə 40 faizədək endirim olur, subsidiyalar verilir, torpağın becərilməsi üçün nəqliyyat vasitələrinə görə yanacaq pulu ödənilir.
Hələlik növbəti mövsümdə Azərbaycanın xarici bazarlarında vəziyyət necə olacaq, bu, bəlli deyil. Hadisələrin gedişatı xurma istehsalçılarını da narahat edir. Çünki onların məhsullarının ən çox çıxarıldığı bazarlar Rusiya və Ukrayna idi.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 185247 ton xurma istehsal olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0