DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə hökuməti sanksiya altına düşən rusiyalılarla bağlı yol xəritəsi hazırlayıb

© AFP 2024 / ILYAS AKENGINЛесной пожар в Турции, фото из архива
Лесной пожар в Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Türkiyə Ukraynada vəziyyətin gərginləşdiyi kontekstdə biznesi dəstəkləmək üçün ANEX Tour, Pegas Touristik və Coral Travel turoperatorlarına 300 milyon dollar məbləğində kreditin verilməsini müzakirə edir.
BAKI, 10 aprel - Sputnik. Türkiyə hakimiyyəti sanksiyalara düşən rus turistləri ölkəyə cəlb etmək üçün üç mərhələli yol xəritəsini təsdiqləyib.
Xüsusilə, kurortlara çarter reysləri üçün yeni aviaşirkətin yaradılması nəzərdə tutulur.
“Rusiya və Ukrayna arasında münaqişənin kəskinləşməsi Türkiyənin turizm sektorunda problemlərə səbəb olub, çünki hər iki bazar biznes üçün çox vacib idi. Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, həmçinin Xəzinədarlıq və Maliyyə Nazirliyi hazırkı vəziyyətdə Rusiyadan turistlərin cəlb edilməsi üçün üç mərhələli yol xəritəsini, o cümlədən yaxın gələcəkdə yeni aviaşirkətin yaradılmasını təsdiqləyib”, - Report Sabah qəzatinə istinadla yazıb.
Nəşrin məlumatına görə, aviaşirkət Antalya hava limanında yerləşəcək. Təyyarələr yalnız Rusiya şəhərləri və Türkiyədəki kurortlar arasında uçuşlar həyata keçirəcək: “Bu aviaşirkət sayəsində əlavə bir milyon rusiyalı turist cəlb etmək mümkün olacaq. Ümumilikdə Türkiyə Rusiyadan ən azı 2 milyon səyahətçi cəlb edə biləcək”..
Eyni zamanda yol xəritəsi çərçivəsində hakimiyyət Ukraynada vəziyyətin gərginləşdiyi kontekstdə biznesi dəstəkləmək üçün ANEX Tour, Pegas Touristik və Coral Travel turoperatorlarına 300 milyon dollar məbləğində kreditin verilməsini müzakirə edir. Turizm şirkətləri üçün dəstək paketinin mayın əvvəlində açıqlanması gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0