DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Orbanın ittifaqı Macarıstanda keçirilən seçkilərdə qalib gəlib

© AP Photo / Petr David JosekViktor Orban
Viktor Orban - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Parlemant seçkilərində baş nazir Viktor Orbanın Fides-Xristian Demokratik Xalq Partiyası (Fidesz-CDPP) ittifaqı qələbə qazanıb.
BAKI, 10 aprel - Sputnik. Macarıstan Milli Seçki Bürosu (NVI) səslərin 100%-ni hesabladıqdan sonra aprelin 3-də keçirilmiş referendum və parlament seçkilərinin nəticələrini açıqlayıb.
Seçkidə baş nazir Viktor Orbanın Fides-Xristian Demokratik Xalq Partiyası (Fidesz-CDPP) ittifaqı qalib gəlib.
Daha əvvəl səslərin 98,96%-ni saydıqdan sonra Fides-CDPP-nin parlamentdəki 199 yerdən 135-ni, müxalifət koalisiyasının 56 mandatını, “Vətənimiz” hərəkatının isə yeddi mandat qazandığı açıqlanmışdı.
NVI-nın hazırkı məlumatına görə, səslərin 100%-ni emal etdikdən sonra Fides-CDPP alyansı parlamentdə 199 yerdən 135-ni əldə edir, yəni konstitusiya çoxluğu ardıcıl üçüncü dəfə saxlanılır.
135 mandatdan 87-si birmandatlı dairələr üzrə, 48-i isə partiya siyahısı üzrə alınıb.
Səslərin 100%-nin nəticələrinə əsasən, Piter Marki-Zajın rəhbərlik etdiyi müxalifət partiyalarının koalisiyası parlamentdə 57 yer qazanıb. Müxalifət namizədləri 19 birmandatlı seçki dairəsində qalib gəlib və partiya siyahısı üzrə 38 yer əldə ediblər.
Qalan yeddi yerdən altısı sağçı “Bizim Vətənimiz” hərəkatına, biri isə Almaniya Milli Siyahısına aiddir, onların hamısı partiya siyahılarındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Macarıstanın baş naziri Viktor Orban - Sputnik Azərbaycan, 1920, 06.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Orban sülh üçün Putini ölkəsinə dəvət etdi
Xəbər lenti
0