NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Luici Di Mayo Azərbaycanla İtaliyaya enerji tədarükünün artırılmasını müzakirə edib

© pixabay / juliacasado1Флаг Италии
Флаг Италии - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
İtaliyanın xarici işlər naziri Luici Di Mayo təəssüflə deyib ki, İtaliya qaz tədarükünü çox əvvəllər şaxələndirməli idi.
BAKI, 10 aprel - Sputnik. Aprelin 11-də İtaliyanın xarici işlər naziri Luici Di Mayo təbii qaz tədarükü ilə bağlı saziş imzalamaq üçün Baş nazir Mario Draqi ilə Əlcəzairə səfər edəcək.
Bu barədə nazir özü məlumat verib.
“Təəssüf ki, biz gecikmişik, çünki bir ölkə olaraq qaz tədarükünü çox əvvəllər şaxələndirmək lazım idi, lakin bizim dünyada çoxlu tərəfdaşlarımız və dostlarımız var”, - Luici Di Mayo bildirib.
Di Mayo qeyd edib ki, son ay yarım ərzində o, Əlcəzair, Qətər, Konqo, Mozambik, Anqola və Azərbaycanla İtaliyaya enerji tədarükünün artırılmasını müzakirə edib.
Azərbaycan və İtaliya TAP-ın genişləndirilməsini müzakirə ediblər
Xatırladaq ki, aprelin 2-də ADA Universitetində “Azərbaycan-İtaliya: “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə aparan yol” adlı konfrans çərçivəsində energetika naziri Pərviz Şahbazovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib.
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo ikitərəfli enerji əməkdaşlığının, ölkəsinin enerji təminatının və Avropa qaz bazarında mövqeyinin möhkəmləndirilməsində Trans-Adriatik Boru Kəmərinin (TAP) rolunu yüksək qiymətləndirib. TAP-ın genişləndirilməsi üzrə fəaliyyətə başlamağın vacibliyini qeyd edib.
Energetika naziri Pərviz Şahbazov da Azərbaycanın etibarlı və ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında xam neft təchizatı ilə yanaşı TAP vasitəsilə təbii qaz tədarükünün artan əhəmiyyətindən bəhs edib. TAP ilə Avropaya artıq 10 milyard kubmetr Azərbaycan qazının çatdırıldığını vurğulayan nazir bildirib ki, böyük qaz resurslarının mövcudluğu, təbii qazın enerji keçidində mühüm rolu və qaz təchizatı mənbələrinin şaxələndirilməsinə artan maraq TAP-ın genişləndirilməsinə imkan yaradır:
“Hazırkı artım tempinin davam edəcəyi təqdirdə bu ilin sonuna qədər İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında qaz ixracımızın 9,5 milyard kubmetrə çatacağını gözləyirik. TAP-ın genişlənməsi isə yalnız İtaliyanı deyil, Avropanın digər ölkələrini də daha çox təbii qazla təmin edə bilər. Ona görə də maraqlı tərəfləri bu prosesdə fəal iştiraka dəvət edirik”.
Nazir həmçinin TAP-ın genişlənməsi ilə 10 faiz həcmində hidrogen qarışığının nəqlinin də mümkünlüyünü qeyd edib. Dənizdə külək enerjisindən istifadə ilə Avropaya “yaşıl” enerji və “yaşıl” hidrogen ixracının da gündəlikdə olduğu vurğulanaraq İtaliya şirkətləri bu əməkdaşlıq imkanlarını dəyərləndirməyə çağırılıb.
Görüşdə, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına dair məsələlər müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0