https://sputnik.az/20220410/koronavirusun-yeni-dalgasi-bu-defe-azyasli-usaqlar-yoluxur-440976595.html
Koronavirusun yeni dalğası: Bu dəfə azyaşlı uşaqlar yoluxur
Koronavirusun yeni dalğası: Bu dəfə azyaşlı uşaqlar yoluxur
Sputnik Azərbaycan
Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı məlumata görə, bu ölkədə 9 yaşdan aşağı uşaqların təxminən yarısı COVID-19-a yoluxub. 10.04.2022, Sputnik Azərbaycan
2022-04-10T17:25+0400
2022-04-10T17:25+0400
2022-04-10T18:30+0400
səhiyyə
covid-19
sars-cov-2
koronavirus
cənubi koreya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438014697_0:17:3070:1744_1920x0_80_0_0_b83f064807dd7a665a0eda2a0183f7d8.jpg
BAKI, 10 aprel - Sputnik. Cənubi Koreyada 9 yaşdan aşağı uşaqların təxminən yarısı COVID-19 virusuna yoluxub. Bu, digər yaş qruplarına nisbətən ən yüksək yoluxma nisbətidir.Bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlama yayıb. Qurumun məlumatına əsasən, indiyədək ölkədə 9 yaşdan aşağı 1 milyon 887 min uşaq virusa yoluxub. Yaşı 10-dan 19-dək olanlar arasında yoluxma göstəricisi 43 faizdir.Statistikaya əsasən, təkcə martın 29-dan aprelin 4-dək ölkədə 100 mindən çox şagird virusa yoluxub. Bu da gündə təxminən 14 min yoluxma deməkdir. Təhsil Nazirliyi ibtidai və orta məktəblərin buraxılış siniflərinin virusa yoluxmuş şagirdlərinin aprelin sonuna nəzərdə tutulan imtahanlara buraxılmayacağını, onlara tədris ilindəki davamiyyətə əsasən orta qiymət veriləcəyini açıqlayıb. Amma valideynlərin hamısı nazirliyin bu qərarından razı qalmayıb. Onlar hesab edir ki, tədris ilindəki davamiyyətə əsaslanan qiymət onların övladlarının biliklərini tam əks etdirməyə, nəticədə növbəti təhsil mərhələsinə qəbul zamanı çətinliklər yarada bilər. Valideynlərin çoxsaylı müraciətlərini nəzərə alan Təhsil Nazirliyi virusa yoluxmuş şagirdlər üçün ayrıca imtahanın təşkili məsələsinə baxır.Qeyd edək ki, yanvarın əvvəlindən Cənubi Koreyada virusa sutkalıq yoluxmalar xeyli çoxalıb. Martın 17-də isə pik nöqtəyə (621 min yoluxma) çatıb. İndiyədək ölkədə 15,33 milyon nəfər virusa yoluxub, 19 min 421 nəfər vəfat edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438014697_198:0:2929:2048_1920x0_80_0_0_e1582f32bf08cf8dda907d60fd06a028.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19, sars-cov-2 , koronavirus, cənubi koreya
covid-19, sars-cov-2 , koronavirus, cənubi koreya
Koronavirusun yeni dalğası: Bu dəfə azyaşlı uşaqlar yoluxur
17:25 10.04.2022 (Yenilənib: 18:30 10.04.2022) Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı məlumata görə, bu ölkədə 9 yaşdan aşağı uşaqların təxminən yarısı COVID-19-a yoluxub.
BAKI, 10 aprel - Sputnik. Cənubi Koreyada 9 yaşdan aşağı uşaqların təxminən yarısı COVID-19 virusuna yoluxub. Bu, digər yaş qruplarına nisbətən ən yüksək yoluxma nisbətidir.
Bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlama yayıb. Qurumun məlumatına əsasən, indiyədək ölkədə 9 yaşdan aşağı 1 milyon 887 min uşaq virusa yoluxub. Yaşı 10-dan 19-dək olanlar arasında yoluxma göstəricisi 43 faizdir.
Statistikaya əsasən, təkcə martın 29-dan aprelin 4-dək ölkədə 100 mindən çox şagird virusa yoluxub. Bu da gündə təxminən 14 min yoluxma deməkdir.
Təhsil Nazirliyi ibtidai və orta məktəblərin buraxılış siniflərinin virusa yoluxmuş şagirdlərinin aprelin sonuna nəzərdə tutulan imtahanlara buraxılmayacağını, onlara tədris ilindəki davamiyyətə əsasən orta qiymət veriləcəyini açıqlayıb. Amma valideynlərin hamısı nazirliyin bu qərarından razı qalmayıb. Onlar hesab edir ki, tədris ilindəki davamiyyətə əsaslanan qiymət onların övladlarının biliklərini tam əks etdirməyə, nəticədə növbəti təhsil mərhələsinə qəbul zamanı çətinliklər yarada bilər.
Valideynlərin çoxsaylı müraciətlərini nəzərə alan Təhsil Nazirliyi virusa yoluxmuş şagirdlər üçün ayrıca imtahanın təşkili məsələsinə baxır.
Qeyd edək ki, yanvarın əvvəlindən Cənubi Koreyada virusa sutkalıq yoluxmalar xeyli çoxalıb. Martın 17-də isə pik nöqtəyə (621 min yoluxma) çatıb. İndiyədək ölkədə 15,33 milyon nəfər virusa yoluxub, 19 min 421 nəfər vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.