Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanı tərk edən məşhurlar: Onlar indi harada və nə işlə məşğul olurlar? - VİDEO

© Photo : Instagram / lmirofficialElmir Məhərrəmov
Elmir Məhərrəmov - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Vətənimizi tərk edib xaricdə məskunlaşmağa üstünlük verən sənət adamlarının bir qismi barədə məlumatları təqdim edirik.
BAKI, 10 aprel - Sputnik. Bu gün xarici ölkələrdə milyonlarla azərbaycanlı yaşayır. Onların içində yerli məşhurlar da var. O məşhurlar ki, bir zamanlar ölkəmizdə ən tanınan insanlar olublar. Onların çoxunun vətəni niyə tərk etdikləri məlum deyil. Amma oxucuların marağını nəzərə alaraq, vətənimizi tərk edib xaricdə məskunlaşmağa üstünlük verən sənət adamlarının bir qismi barədə məlumatları təqdim edirik.
Ötən əsrin 90-cı illərində ekstravaqant imici ilə gündəmdə olan və sonradan cinsini dəyişərək qadın olan müğənni Rövşən Hicrəti hazırda Hollandiyada yaşayır. Adını dəyişərək Roşana Lamborgini qoyub. Hazırda ərdə olan müğənni Hollandiyada müğənnilik fəaliyyətini davam etdirməkdədir. Yeri gəlmişkən, Roşananın əri də azərbaycanlıdır.
"Sehirli xalat" filminin "Rəşid"i Azər Qurbanov da xaricdə yaşayan məşhurlar sırasındadır. Sovet dövrünün uşaqlarının pərəstiş etdiyi aktyor 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayır.
"Bəxt üzüyü" filmində "Sevda" obrazı ilə məşhur olan aktrisa və müğənni Firəngiz Rəhimbəyova hazırda qızı ilə birlikdə Los-Ancelesdə yaşayır.
2000-ci ilin əvvəllərindən böyük səhnəyə qədəm qoyan və qısa müddətə böyük populyarlıq qazanan müğənni İradə İbrahimova isə Türkiyəni özünə vətən seçib. 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı quran İradənin bu nikahdan iki övladı var. Qardaş ölkədə də müğənnilik edən İradə Türkiyədə Azərbaycandakı qədər populyar deyil.
Məşhur reper, "Dəyirman" qrupunun üzvü Elmir Məhərrəmov ailəsi ilə birlikdə ABŞ-a köçüb. 2016-cı ildə "Greencard" proqramına müraciət edən reper hazırda Nyu-Yorkda yaşayayır. Uzun müddətdir ABŞ-a köçmək arzusunda olan ifaçı bu arzusunu ötən ilin iyun ayında gerçəkləşdirib. Ölkənin tanınmış reperlərindən olan Elmirin hazırda nə işlə məşğul olduğu bəlli deyil.
Xalq artisti, tanınmış teatr və kino xadimi Cahangir Novruzov uzun illərdir Türkiyədə yaşayır. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru olan C.Novruzov unudulmaz sənətkar Nəsibə Zeynalovanın oğludur. Onlarla tamaşada, eləcə də yerli filmlərdə yaddaqalan obrazlar yaradan Cahangir Novruzov ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanı tərk edib.
Xaricə köçənlərdən biri də məşhur müğənni Elariz Məmmədoğludur. İki dəfə ABŞ-ın greencardını qazanan müğənni həyat yoldaşının təkidindən sonra birdəfəlik ABŞ-a köçüb.
Televiziya aparıcısı Aynur Talıbova da hazırda ABŞ-ın Virciniya ştatında yaşayır. Orada müxtəlif işlərlə məşğul olan aparıcının sosial şəbəkələrdə qabyuyan yerdə şəkli paylaşılmışdı. Buna cavabında A.Talıbova bunu nəinki təkzib etmiş, hətta fəxr etdiyini vurğulamışdı:
"Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, Amerikanın Virciniya ştatında qab yumaq məsləhətdir". Həmçinin dinini dəyişərək, xristianlığı qəbul edən aparıcı orada ailə həyatı qurub.
"Qaynana" filminda Afət rolundan və "Alma almaya bənzər" filmində müəllimə rolundan yaxşı tanıdığımız aktrisa İnarə Quliyeva uzun illərdir Rusiyada yaşayır. Ölkəni tərk etməsini özünə qarşı ögey münasibətlə əlaqələndirən aktrisa bildirir ki, onu bəzi sənədlərə qol çəkməkdən imtina etdiyi üçün səhnədən uzaqlaşdırıblar və bundan sonra Azərbaycanı tərk edib. Hazırda Moskvada yaşayan aktrisa Rusiyada da analoji fəaliyyətlə məşğuldur.
Aparıcı Səxavət Nur bir neçə ildir ki, Vaşinqtonda yaşayır. İxtisasca hüquqşünas olan Səxavət Azərbaycanı tərk edərkən torpaq sahəsini və şəxsi avtomobilini satıb. Hazırda orada ixtisas artırmaqla məşğul olan aparıcı bir neçə il öncə mətbuata açıqlamasında övladları, ailəsi üçün çox darıxdığını söyləmişdi. İndiki halda ailəsinin harada olmasına dair heç bir açıqlama vermir.
2013-cü ildə "Eurovision"da Azərbaycanı təmsil edən müğənni Fərid Məmmədov artıq neçə ildir ki, ABŞ-da yaşayır. 2016-cı ildə Nigar adlı xanımla ailə quran Fəridin uzaq Amerikada kuryer işlədiyi haqqında mətbuatda məlumat yayılmışdı. Nyu-Yorkda yaşayan müğənninin bir müddət öncə övladı olub. Qeyd edək ki, Fərid Məmmədov Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın tələbəsi olub.
Aktrisa Cəmilə Tağızadə isə ərə getdiyi üçün Türkiyəyə köçüb. Aktrisa orada yaşayır, sənət fəaliyyətinə isə son qoyub.
Keçmiş HOST qrupunun üzvü, AİD adı ilə tanınan, reper Orxan Zeynallı 2016-cı ilin avqustundan etibarən ABŞ-da yaşayır.
Azərbaycanlı aktrisa Məlahət Abbasova da hazırda Türkiyədə yaşayır. 2016-cı ildə İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini seçilib. türkiyə vətəndaşı ilə ailə quran Məlahət orada bir sıra film və seriallarda rol alıb.
18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar İncəsənət Xadimi” fəxri adı ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0