https://sputnik.az/20220410/azerbaycanda-ilin-evvelinden-ne-qeder-elektrik-enerjisi-istehsal-olunub-440956939.html
Azərbaycanda ilin əvvəlindən nə qədər elektrik enerjisi istehsal olunub?
Azərbaycanda ilin əvvəlindən nə qədər elektrik enerjisi istehsal olunub?
Sputnik Azərbaycan
Ölkə üzrə statistika elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə artdığını göstərir. 10.04.2022, Sputnik Azərbaycan
2022-04-10T06:36+0400
2022-04-10T06:36+0400
2022-04-10T06:36+0400
elektrik enerjisi
iqtisadiyyat
istehsal
artım
https://cdnn1.img.sputnik.az/img/42090/35/420903507_0:160:3073:1888_1920x0_80_0_0_a17f2dee4512da8923f2316988512e6a.jpg
BAKI, 10 aprel — Sputnik. Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisi istehsalı 3,9 faiz artaraq 7 milyard 194,2 milyon kilovat/saata çatıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov açıqlama yayıb."Elektrik enerjisi ixracı isə 1,4 milyon kilovat/saat artımla 508,4 milyon kilovat/saat olub", - deyə nazir qeyd edib.Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral ayları üzrə elektrik enerjisinə dair məlumatlara əsasən, fevral ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2331,2 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 138,8 mln. kVt·st, yaxud 6,3 % artması deməkdir.Fevral ayında elektrik enerjisinin idxalı 9,8 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 mln. kVt·st azalıb. Bu dövrdə elektrik enerjisinin ixracı 248,2 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 89,4 mln. kVt·st artıb.Ümumilikdə 2022-ci ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 326,2 mln.kVt·st, yəni 7,2 % artaraq 4 887,0 mln. kVt·st olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220408/azerbaycan-enerjisine-fransadan-yasil-isiq-440950030.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42090/35/420903507_170:0:2901:2048_1920x0_80_0_0_54c883756a4d0d1f3bb0f6c85227eb4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
elektrik enerjisi, istehsal, artım
elektrik enerjisi, istehsal, artım
Azərbaycanda ilin əvvəlindən nə qədər elektrik enerjisi istehsal olunub?
Ölkə üzrə statistika elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə artdığını göstərir.
BAKI, 10 aprel — Sputnik. Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə elektrik enerjisi istehsalı 3,9 faiz artaraq 7 milyard 194,2 milyon kilovat/saata çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov açıqlama yayıb.
"Elektrik enerjisi ixracı isə 1,4 milyon kilovat/saat artımla 508,4 milyon kilovat/saat olub", - deyə nazir qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral ayları üzrə elektrik enerjisinə dair məlumatlara əsasən, fevral ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2331,2 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 138,8 mln. kVt·st, yaxud 6,3 % artması deməkdir.
Fevral ayında elektrik enerjisinin idxalı 9,8 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 mln. kVt·st azalıb. Bu dövrdə elektrik enerjisinin ixracı 248,2 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 89,4 mln. kVt·st artıb.
Ümumilikdə 2022-ci ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 326,2 mln.kVt·st, yəni 7,2 % artaraq 4 887,0 mln. kVt·st olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.