DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ankara Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək - Akar

© AP Photo / Pavel GolovkinRusiya hərbi gəmisi və helikopterləri Qara dənizdə
Rusiya hərbi gəmisi və helikopterləri Qara dənizdə - Sputnik Azərbaycan, 1920, 10.04.2022
Abunə olmaq
Rusiya və Ukrayna limanlarına reyslər edən Türkiyə ticarət gəmilərinə ölkənin Nəqliyyat nazirliyi tərəfindən sığorta zəmanətləri təqdim ediləcək.
BAKI, 10 aprel - Sputnik. Ankara Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O, bildirib ki, Türkiyə Montrö Konvensiyasına sadiq qalacaq:
"Türkiyə 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına sadiqdir. Sənədə əsasən, Qara dənizə daxil olmayan ölkələrin hərbi gəmiləri akvatoriyada üç həftədən çox qala bilməz. Türkiyə, əgər silahlı münaqişə tərəfi deyilsə, Boğaziçi və Çanaqqala boğazlarından keçidi qadağan etmək və ya məhdudlaşdırmaq hüququna malikdir". (Report)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında bildirmişdi ki, Türkiyə Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olacağına ümid edir.
“Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən Qara dənizdəki gərginliyi azaltmaq üçün istifadə edirik", - deyən Ərdoğan çox sayda insanın münaqişə zonasını tərk etməsinə yardım göstərdiklərini də bildirib.
Bir müddət əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar Montrö boğazlar konvensiyası ilə bağlı açıqlamasında ölkəsinin konvensiyanın şərtlərinə əməl edəcəyini bildirmişdi.
Akar qeyd etmişdi ki, Türkiyə Qara dənizin rəqabət məkanına çevrilməməsi üçün səylər göstərir: "Qara dənizin ən uzun sahilinə malik olan ölkə olaraq bu anlayışı mühafizə etdik. Bütün danışıqlarımızda Türkiyə olaraq Qara dənizin sülh, dinclik və təhlükəsizlik mühiti olaraq qalması üçün səylər göstərdik. İndi də bu məsələyə belə baxırıq. İndiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəyik".
Onu da qeyd edək ki, Rusiya və Ukrayna limanlarına reyslər edən Türkiyə ticarət gəmilərinə ölkənin Nəqliyyat nazirliyi tərəfindən sığorta zəmanətləri təqdim ediləcək. Bu Ukrayna münaqişəsi səbəbindən yarana biləcək risklərlə bağlıdır.

“Yeni şafak” qəzetinin xəbərinə görə, sığortanın verilməsini xüsusi risklərin idarə olunması mərkəzi həyata keçirəcək.

Sığorta zəmanətləri, həmçinin Rusiya və Ukraynaya uçan təyyarələrə də aid olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0