CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Unudulan peşələr və ya "zilçi kök verməsə, zurnaçı çala bilməz".

© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Abunə olmaq
Zaman keçdikcə, texnika təkmilləşdikcə artıq bir çox sənət və peşə sahələri öz aktuallığını itirərək, tarixə qovuşub.
BAKI, 9 aprel — Sputnik. Elə sənətlər var ki, o peşənin sahibləri zamanında ən hörmətli, sayılıb-seçilən insanlar olub. Amma zamanla həmin peşələr tarixə qovuşub. Maraqlıdır, əvvəllər böyük ehtiyac duyulan, indi isə unudulmaqda olan peşələr hansılardır? Sputnik Azərbaycan unudulan və unudulmaqda olan peşələri təqdim edir.
Əvvəllər ən hörmətli sənətkarlardan biri qırçılar olub. Əziyyətli sənət olsa da, ötən əsrin ortaları və sonları insanlar evlərinin üstünü qırlatmağa xüsusi önəm verirdilər. Çünki qırlanmış dam yayda istidən, payızda yağışdan qorunmaq üçün əla vasitə idi.
Başqa bir unudulmuş sənət telefonçudur. Əvvəllər telefonçu funksiyasını daşıyan şəxslər olmasa, heç kimlə əlaqə saxlamaq mümkün olmazdı. Belə ki, danışmaq istədiyiniz şəxslə əlaqə yaratmaq üçün mütləq telefonçu xanımların, bəylərin səsini eşitməli, yardımını almağa məcbur idiniz.
Artıq ötən əsrin 90-cı illərin sonundan, məsələn, "Alo, Bakı ilə danışın" deyən telefonçular tarixə qovuşdu. İndi isə demək olar ki, balaca uşaqların da əlində telefon var və əlavə vasitəçiyə gərək duyulmadan istənilən nöqtədə, istənilən adamla çox rahat şəkildə danışa bilirik.
Liftçi də unudulmuş sənətlər sırasındadır. Bu sənət sahəsi əvvələr məsuliyyətli peşələrdən hesab olunub. İnsanlara bu mərtəbədən o mərtəbəyə qalxmaqda yardımçı olan liftçilər eyni zamanda, liftin təmizliyinə də nəzarət etməli idilər. Hətta bəzi hallarda ev sahibləri evlərinin açarını belə bu vəzifəni daşıyan şəxslərə rahatlıqla etibar edə bilirdilər.
İllər öncə demək olar ki, bütün dünyada geniş yayılmış sənətlərdən biri də makinaçı olub. Bütün idarə, elmi müəssisələrdə mütləq şəkildə makinaçılara ehtiyac yaranırdı. Xüsusən də, nəşriyyatlarda, mətbuatda makinaçıların rolu əvəzsiz idi.
Makinaçılar tez, baxmadan yazmaq üçün sanki yarışa girirdilər. İndi isə çox nadir hallarda yazı makinası arxasında çalışana rast gəlmək mümkündür. İndi yazı makinalarını noutbuklar, kompüterlər əvəz edir.
Tikinti materialları sahəsində nanotexnologiyaların, müxtəlif innovasiyaların mövcud olduğu bir dövrdə unudulmaqda olan peşələrdən biri də keramikadır. Azərbaycanın şimal-qərb bölgələrində, daha çox Şəkidə yerləşən yaşı bir qədər çox olan evlərin əksəriyyətinin damı kirəmit örtüklərlə yapılıb. Özünəməxsus görünüşü ilə diqqəti cəlb edən kirəmitin hazırlanması isə olduqca çətin prosesdir. Bunun ən çətin tərəfi isə dam örtüklərinin hazırlanacağı xüsusi torpağın tapılmasıdır.
Bu sənəti yaşadan Abid Umarov Şəkidə sayılıb-seçilən ustalardan biridir. Onun sözlərinə görə, kirəmit üçün torpağın tapılması qızıl axtarışından heç də fərqlənmir. Əvvəllər Şəkidə kirəmit istehsal edən zavod fəaliyyət göstərsə də, şəxsi evlərdə, həyətlərdə də bu sənəti yaşadanlar olub. Hətta, bəzi ailələr kollektiv şəkildə bu çətin peşəylə məşğul olublar. Amma zamanla bu sənət də tarixə qovuşur.
© Sputnik/ Pəri AbbaslıŞəkidə damı kirəmitli ev
Şəkidə damı kirəmitli ev - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Şəkidə damı kirəmitli ev
Daha bir unudulmaqda olan peşələrdən biri də zilçidir. Əlli ildən artıq bu sənətlə məğul olan Şəki sakini Vəliəddin Məmmədov zilçi olub. Onun sözlərinə görə, zilçi kök verməsə, zil tutmasa, zurnaçı çala bilməz. Sənətkar bildirib ki, indiki gənclərimiz bu sənəti öyrənmək istəmirlər, rahat sənət seçməyə üstünlük verirlər. Otuz-qırx il əvvəlki toylarda zurnaçıları görmək olardı, indi isə yoxdur:

"Əvvəlki dövrün adamları bizdən "Heyvagülü", "Cütcü", "Qoçəli", "Sarıbaşı" havalarını sifariş edərdilər. İndiki gənclər bizdən müasir musiqilər tələb edirlər".

© Sputnik / Shahperi AbbasovaŞəki sakini Vəliəddin Məmmədov
Şəki sakini Vəliəddin Məmmədov - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Şəki sakini Vəliəddin Məmmədov
Unudulmaqda olan peşələr sırasında təkəlduz sənəti də var. Əvvəllər bu sənətlə kişilər də məşğul olurdular. Belə ki, uzaq səfərdə və ya həbsxanalarda olanlara evlərinə məktub yazmağa icazə verilməyəndə təkəlduzdan istifadə ediblər.
Bu tikiş növündə hər bir bəzək hansısa söz birləşməsini ifadə etdiyindən, bir neçə işarə ilə geniş cümlələri öz ailələrinə "yazıb" göndərə biliblər. Sonralar qadınlar bu sənəti davam etslər də indi bu sənəti tək-tük insan yaşadır.
© Sputnik / Shahperi AbbasovaQədim xalq sənət növü təkəlduz
Qədim xalq sənət növü təkəlduz - Sputnik Azərbaycan, 1920, 09.04.2022
Qədim xalq sənət növü təkəlduz
Suflyor da artıq unudulmuş peşələrdəndir. Tamaşa zamanı aktyorlara rolların sözlərini yavaşcadan söyləyən şəxs, teatr işçisinə indi ehtiyac duyulmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0