https://sputnik.az/20220409/ukrayna-erazisinden-rusiyaya-tehluke-olmamalidir---antonov-440966315.html
Ukrayna ərazisindən Rusiyaya təhlükə olmamalıdır - Antonov
Ukrayna ərazisindən Rusiyaya təhlükə olmamalıdır - Antonov
Sputnik Azərbaycan
Prezident Vladimir Putinin sözlərinə görə, xüsusi əməliyyatın məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanları... 09.04.2022, Sputnik Azərbaycan
2022-04-09T18:37+0400
2022-04-09T18:37+0400
2022-04-12T18:15+0400
rusiya
anatoli antonov
səfir
rusiya federasiyası
abş
nüvə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/14/427267587_0:0:2709:1524_1920x0_80_0_0_9a18d31bdf54d1355a4c163700c4dbe5.jpg
BAKI, 9 aprel - Sputnik. "Ukraynanın demilitarizasiyası və denasifikasiyası məqsədlərinə nail olmaq son dərəcə vacibdir, onun ərazisindən Rusiyaya heç bir təhlükə olmamalıdır". RİA Novosto xəbər verir ki, belə bir bəyanatla Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Şiller İnstitutunun onlayn konfransı zamanı bildirib.Konfrans “bütün dövlətlər üçün yeni təhlükəsizlik və inkişaf arxitekturasının yaradılması” mövzusuna həsr olunub.“Bu gün Kiyevin qeyri-nüvə statusunu və onun kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq müqavilələrə sadiqliyini möhkəmləndirmək üçün Ukraynanın denasifikasiyası və demilitarizasiyasına nail olmaq son dərəcə vacibdir”, - deyə Antonov bildirib."Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin pozulmasının qarşısını almaq üçün hər şeyi etməliyik. Rusiyaya Ukrayna ərazisindən gələn heç bir təhlükə olmamalıdır", - deyə o vurğulayıb.Antonovun sözlərinə görə, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədi də budur.Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putinin sözlərinə görə, onun məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanları qorumaqdır”.Lakin Ukraynanın işğalından söhbət gedə bilməz, Putin vurğulayıb. Müdafiə Nazirliyi bəyan edib ki, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Martın 25-də onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetirdilər - onlar Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıblar.Rusiya hərbi idarəsində əsas məqsəd Donbasın azad edilməsi adlandırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220409/rusiya-aerokosmik-quvveleri-bir-gecede-ukraynanin-85-herbi-obyektini-vurub-440957811.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/14/427267587_0:0:2327:1745_1920x0_80_0_0_aac629a6d3b5295ecae3e08c21af721f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anatoli antonov, səfir, rusiya federasiyası, abş, nüvə
anatoli antonov, səfir, rusiya federasiyası, abş, nüvə
Ukrayna ərazisindən Rusiyaya təhlükə olmamalıdır - Antonov
18:37 09.04.2022 (Yenilənib: 18:15 12.04.2022) Prezident Vladimir Putinin sözlərinə görə, xüsusi əməliyyatın məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanları qorumaqdır”.
BAKI, 9 aprel - Sputnik. "Ukraynanın demilitarizasiyası və denasifikasiyası məqsədlərinə nail olmaq son dərəcə vacibdir, onun ərazisindən Rusiyaya heç bir təhlükə olmamalıdır". RİA Novosto xəbər verir ki, belə bir bəyanatla Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Şiller İnstitutunun onlayn konfransı zamanı bildirib.
Konfrans “bütün dövlətlər üçün yeni təhlükəsizlik və inkişaf arxitekturasının yaradılması” mövzusuna həsr olunub.
“Bu gün Kiyevin qeyri-nüvə statusunu və onun kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq müqavilələrə sadiqliyini möhkəmləndirmək üçün Ukraynanın denasifikasiyası və demilitarizasiyasına nail olmaq son dərəcə vacibdir”, - deyə Antonov bildirib.
"Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin pozulmasının qarşısını almaq üçün hər şeyi etməliyik. Rusiyaya Ukrayna ərazisindən gələn heç bir təhlükə olmamalıdır", - deyə o vurğulayıb.
Antonovun sözlərinə görə, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın məqsədi də budur.
Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putinin sözlərinə görə, onun məqsədi “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanları qorumaqdır”.
Lakin Ukraynanın işğalından söhbət gedə bilməz, Putin vurğulayıb. Müdafiə Nazirliyi bəyan edib ki, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Martın 25-də onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetirdilər - onlar Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıblar.
Rusiya hərbi idarəsində əsas məqsəd Donbasın azad edilməsi adlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.